SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM


PREPARATLAR

vishnevski.jpg
  •  

  •  

  •  

  •  

Hemorokor

hemorokor

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

HEMOROKOR  

Tərkibi:

Təsiredici maddələr: Hər 1 q məlhəmin tərkibində vardır:

Hidrokortizon-asetat 2,75 mq

Lidokain 50 mq

Alüminium-subasetat 35 mq

Sink-oksid 180 mq  

Köməkçi maddələr: sorbitan monostearat, eutanol-G, polisorbit 60, ağ mum, ağ petrolat.

Farmakoloji xüsusiyyətləri və farmakokinetikası

Yerli və xaricə istifadə üçün kombinə olunmuş preparat olub, təsiri tərkibindəki maddələrin xüsusiyyətlərindən asılıdır. Hidrokortizon-asetat - qlükortikosteroid olub, iltihabəleyhinə və gicişməyə qarşı təsir göstərir, həmçinin, maye ifrazını azladır. Hidrokortizon-asetat rektal yolla təyin olunduqda, normada 26% sorulur.

Lidokain hüceyrə membranlarının natrium ionları üçün keçiriciliyini azaldaraq, impulsların əmələ gəlməsinə və keçiriciliyinə maneçilik törədir. Bunun sayəsində hüceyrə membranının stabilləşdirir, onun depolyarizə olunmasının qarşısını alır, təsir potensialını və sonrakı keçiriciliyi blokada edir. Nəticədə tez, uzunmüddətli və aydın seçilən yerli anesteziyaedici effekt alınır.

Alüminium-subasetat-büzüşdürücü vasitədir. Hüceyrə membranından keçməsi zəif olmaqla, daha çox onun səthinə təsir göstərir. Hüceyrələrin membran keçiriciliyi azalsa da, onlar öz funksiyalarını itirmirlər. Kapilyar endotelinin birləşdirici maddəsi bərkiyir, plazma proteinlərinin patoloji transkapilyar hərəkəti azalır, bununla yanaşı yerli ödem, iltihabi proses və ekssudasiya da azalır. Sink-oksid adsorbsiyaedici və büzüşdürücü təsir göstərir. Ekssudasiyanı və yaranın sulanmasını azaltmaqla yerli iltihabi və qıcıqlanma prosesini aradan qaldırır. Zədələnmiş və iltihablı nahiyənin vəziyyətindən asılı olaraq yaxılmış preparatın sorulması dəyişə bilər, bu da güclü iltihabəleyhinə effekti təmin edir (iltihabın, ödemin və gicişmənin azalması). Preparatın effekti 10-15 dəqiqədən sonra alınır və 2-5 saat davam edir.

İstifadəsinə gostərişlər 

- Babasil;

- Anus girəcəyinin qanaxması və ətrafının çatlaması;

- Hamiləlikdən sonraki babasil;

- Proktit;

- Perianal gicişmə və ekzema;

- Psoriaz, ekzema, neyrodermit;

- Dəmrov, dermatit və trofiki yaralar;

- Cərrahi əməliyyatdan əvvəl və sonrakı ödəmlər.

Əks göstərişlər

- Hamiləlik;

- Anorektal sahənin virus və ya göbələk zədələnmələri;

- Preparatın tərkibindəkilərə qarşı yüksək həssaslıq.

Dozalanması və istifadə qaydası

Hemorokor qısa müddət ərzində (7 gündən çox olmamaq şərtilə) və rektal yolla istifadə olunur. Məlhəm az miqdarda olmaq şərtilə, gündə 2 dəfə (səhər və axşam) zədələnmiş nahiyəyə nazik təbəqə şəklində yaxılır və azca sürtülür. Məlhəmi anusun dərin nahiyyəsinə sürtmək üçün tubikə applikator keçirilir və ehtiyyatla sıxmaqla məlhəm yeridilir, sonra isə tubik applikatorla birlikdə ehtiyyatla çıxarılır. Digər dəri xəstəliklərində isə məlhəmi gündə 1-3 dəfə olmaqla zədələnmiş nahiyyəyə nazik təbəqə şəklində sürtməklə istifadə olar. Massajvari hərəkət etməklə məlhəmin dəriyə hopmasını sürətləndirmək olar. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq istifadə sayını artırmaq olar.

Əlavə təsirləri

Yerli reaksiyalar: təsadüfi hallarda- yandırma, selikli qişanın quruması. Preparatı 7 gündən çox istifadə etdikdə hidrokortizon asetatla bağlı sistemli əlavə effektlər ola bilər.

Xüsusi göstərişlər

Arterial hipertenziyası və xroniki ürək çatışmazlığı olan xəstələrə ehtiyatla təyin olunmalıdır. Preparatı yüksək dozada və ya uzun müddət ərzində qəbul etdikdə, tərkibindəki hidrokortizon-asetatla bağlı sistemli əlavə təsirlər riski yüksəlir. İnfeksiya müşahidə olunan hallarda preparatın istifadəsi dayandırılmalıdır. Preparatın istifadəsi zamanı qıcıqlandırıcı hallar müşahidə olunduqda preparatın istifadəsi dayandırılır və müvafiq müalicə təyin edilir.

Buraxılış forması

25 q-lıq tübdə, bir ədəd applikator və içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

Aptekdən buraxılma şərti

Həkim resepti əsasında

Saxlanılma şəraiti

10-15°C temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

İstehsalçı

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə