Leyner məlhəmi
Dərman vasitəsinin istifadəsi üzrə təlimat
LEYNER MƏLHƏMİ
Tərkibi
Təsiredici maddə: 100 q Leyner məlhəminin tərkibində 2,5 q bor turşusu vardır.
Köməkçi maddələr: günəbaxan yağı, lanolin, distillə suyu.
Farmakoloji xüsusiyyətləri
Bor turşusu antiseptik xassəyə malikdir. Yerli istifadə zamanı bor turşusu dərinin qıcıqlanmasını azaldır. Məlhəm dəriyə yumşaldıcı təsir göstərir.
İstifadəsinə göstərişlər
Pediatriyada qaşınmada, dərinin səpməsində və qıcıqlanmasında istifadə olunur.
Əks göstərişlər
Dəri bor turşusuna qarşı həssaslıq göstərən hallarda preparatın istifadəsi əks göstərişdir.
İstifadə qaydası və dozası
Məlhəm yerli istifadə olunur. Dəriyə lazım olan hallarda gündə 2-4 dəfəyə qədər sürtülür.
Əlavə təsirləri
Əlavə təsirlər müşahidə olunmamışdır.
Buraxılış forması
20 q məlhəm alüminium tüblərdə, 1 tüb içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanılma şəraiti
200C–dən çox olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.