SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

flukanol-af.jpg
  •  

  •  

  •  

  •  

Vişnevski linimenti

vishnevski

Dərman vasitəsinin istifadəsi üzrə təlimat

VİŞNEVSKİ LİNİMENTİ  

Tərkibi  

Təsiredici maddə: 100 q linimentin tərkibində 3 q tozağacı qətranı və 3 q kseroform vardır.

Köməkçi maddələr: aerosil, gənəgərçək yağı.

Farmakoloji xüsusiyyətləri

Vişnevski linimenti antiseptik və iltihab əleyhinə təsir göstərməklə regenerasiya prosesini sürətləndirir. Tozağacı qətranının tərkibində fenol, toluen, ksilen və başqa maddələr vardır. Tozağacı qətranı dezinfeksiyaedici və yerli qıcıqlandırıcı təsir göstərərək toxumalarda qan dövranını yaxşılaşdırmaqla epidermisin regenrasiyasını stimullaşdırır. Kseroform bismut tribromofenolyatdır. Bakterisid, bakteriostatik, büzüşdürücü, yandırıcı və həmçinin nekrozedici təsirli ağır metal duzlarının zülallarla birləşərək albuminatlar əmələ gətirir. Albuminatlar hüceyrə səthini örtür, kapilyarları daraldır, eksudasiyanı azaldır.

İstifadəsinə göstərişlər

Vişnevski linimenti yataq və trofik yaraların, yanıqların və dərinin başqa zədələnmələrinin müalicəsi üçün istifadə edilir. Bəzən psoriazın, qoturluğun müalicəsi üçün də istifadə edlir.

Əks göstərişlər  

Tərkibindəki komponentlərə qarşı həssaslığın artması.

İstifadə qaydası və dozası

Məlhəm yaralanmış nahiyəyə 2-3 mm qalınlığında gündə 2 dəfə yaxılır. Lazım olduqda linimenti sürtməzdən əvvəl yara yuyulub təmizlənir. Müalicənin müddətini həkim təyin edir.

Əlavə təsirləri  

Yerli istifadə zamanı nadir hallarda əlavə təsir müşahidə olunur. Çox hallarda, ancaq, dərman qıcıqlanması müşahidə olunur.

Buraxılış forması

20 q liniment, alüminium tüblərdə. 1 tüb içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

10-15°C temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı:

«Azərfarm»MMC, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç.,14.

Təlimatı yüklə