SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

azikosin.jpg
  •  

  •  

  •  

  •  

Naftalan məlhəmi

naftalan

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

NAFTALAN MƏLHƏMİ   

Tərkibi:

Rafinə olunmuş naftalan nefti          - 17,5 q

Parafin                                          - 2,5 q

Emulqator                                     - 2,5 q

Aerosil                                          - 2,5 q

Rafinə olunmuş naftalan nefti karbohidrogenlərdən və qatranlardan ibarət mürəkkəb qarışıqdır. Yaşıl flyuoressensiyalı, qara rəngli, özünəməxsus iyli, zəif turş reaksiyalı qatı şərbətəoxşar mayedir.

Farmakoloji təsiri:

Naftalan nefti dəriyə və selikli qişaya yumşaldıcı, hopdurucu, dezinfeksiyaedici və bir qədər ağrıkəsici təsir göstərir, həmçinin, orqanizmə reflektor yolla ümumi təsir göstərə bilir.

İstifadəsi:

Xaricə dərinin müxtəlif xəstəliklərində: ekzema, neyrodermitlər, furunkulyoz, qızıl yel iltihabında və s. Oynaq və əzələnin iltihabi xəstəliklərində, artritlər, osteoartritlər, mialgiya və s. Nevralgiyada, nevritdə, radikulitdə, pleksitdə, yanıqlarda, yataq yarasında və s. istifadə edilir.

Əks göstərişlər:

Müxtılif etiologiyalı anemiyada, yeni əmələ gəlmiş bədxassəli şişlərdə, qanaxmaya meyllilikdə aydın nəzərə çarpan böyrək çatışmazlığında.

Buraxılış forması:

25 q olmaqla alüminium tüblərdə.

Saxlanılma şəraiti:

Sərin yerdə saxlayın.

Istehsalçı:

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə