SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

tonzilamin.jpg
  •  

  •  

  •  

  •  

Teymurov pastası

teymurov

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

TEYMUROV PASTASI  

Tərkibi

100 q Teymurov pastasının tərkibində 7 q bor turşusu, 7 q natrium tetraborat, 1,4 q salisil turşusu, 25 q sink oksidi, 3,5 q heksametilentetramin, 3,5 q formaldehid məhlulu, 0,3 q qurğuşun asetat, 25 q talk, 12 q qliserin, 0,3 q nanə yağı, 12 q distillə suyu və 3 q emulqator vardır.

Farmakoloji xüsusiyyətləri  

Bor turşusu və natrium tetraborat antiseptik təsir göstərir. Heksametilentetramin bakteriostatik təsirə malikdir. Onun bakteriostatik təsiri turş mühitdə parçalanaraq formaldehid əmələ gətirməsi ilə bağlıdır. Formaldehid məhlulu istər vegetativ şəkildə, istərsə də spor şəklində olan mikroblara qarşı çox yüksək antimikrob təsir göstərir. Formaldehid məhlulu yerli istifadə olunduqda dərini və selikli qişanı dehidratasiya edir və nəticədə büzüşdürücü effekt alınır. Formaldehid məhlulunun dəriyə təsirindən tər vəzilərinin də zədələnməsi və nəticə etibarilə dərinin tərləməsinin azalması baş verir. Salisil turşusu antiseptik, ağrı hissini azaldan, qıcıqlandırıcı və keratolitik təsirlərə malikdir. Sink oksidi büzüşdürücü, quruducu, dezinfeksiyaedici effekt verir. Qurğuşun asetat büzüşdürücü vasitədir. Nanə yağı ağrı hissini azaldır və antiseptik təsir göstərir.

İstifadəsinə göstərişlər  

Teymurov pastası xaricə ayaqların tərləməsində, dərinin tərdən bişməsində, ayaq pəncəsinin gilerhidrozunda istifadə edilir. Preparat dezinfeksiyaedici, quruducu təsir göstərir və ayaqdakı pis qoxunu yox edir.

Əks göstərişlər  

Preparatı ayaq pəncəsinin dərisinin kəskin iltihabi proseslərində və preparatın tərkibindəki maddələrə qarşı yüksək həssaslıq olduqda istifadə etmək olmaz.

İstifadə qaydası və dozası

Teymurov pastası xaricə istifadə olunur. Pastanı istifadə etməzdən qabaq ayaqlar yuyulur və qurudulur. Preparatı 3-4 gün ərzində sutkada 1 dəfə olmaqla 1-3 dəqiqə müddətində ayaq pəncəsinin dərisinə sürtürlər.

Əlavə təsirləri

Pastanın tərkibindəki maddələrə qarşı yüksək həssaslıq olduqda preparatı istifadə etdikdə qaşınma, örə və ya digər allergik reaksiyalar ola bilər.

Buraxılış forması

40 q olmaqla alüminium tüblərdə buraxılır. 1 tüb təlimatla birlikdə karton qutuya yerləşdirilir.

Aptekdən buraxılma şərti  

Reseptsiz buraxılır.

Saxlanılma şəraiti

8-15°C temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti

1,5 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

İstehsalçılar:  

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə