Vazelin
Dərman vasitəsinin istifadəsi üzrə təlimat
Vazelin
Ticari adı: Vazelin
Dərman forması: 25 q məlhəməbənzər kütlə.
Tərkibi:
Təsiredici maddə: Vazelin 25 q
Təsviri: Eynicinsli, sapla dartılan, məlhəməbənzər, ağ və ya sarı, iysiz kütlə. Əritmə zamanı zəif parafin və neft iyli, şəffaf məhlul alınır .
Farmakoterapevtik qrup: Digər dermatoloji vasitələr.
ATC kod : D11AX
Farmakoloji xüsusiyyətləri
Farmakokinetika: Xaricə istifadə zamanı qana praktiki adsorbsiya olunmur.
Farmakodinamika: Sağaldıcı xüsusiyyətə malikdir. Dərini nazik və sıx örtüklə örtür, mikrobların çapıqlardan keçməsinin qarşısını alır, dərini soyuqdan qoruyur, yumşaldıcı təsir göstərir.
İstifadəsinə göstəriş: dəriyə yumşaldıcı kimi, əllərin və dodaqların quruması zamanı.
Qəbul qaydası və dozası: Xaricə. Nazik təbəqəylə dərinin lazım olan hissələrinə sürtülür.
Əlavə təsirləri: Aşkar olunmamışdır.
Əks göstərişlər: Aşkar olunmamışdır.
Digər dərmanlarla qarşılıqlı təsiri: Aşkar olunmamışdır.
Xüsusi göstərişlər: Vacib olduqda aplikasiyadan sonra vazelin pambiq və ya tənzif tamponla silinir və dəri sabunla yuyulur.
Yüksək doza: Aşkar olunmamışdır.
Buraxılma forması: 25 q məlhəməbənzər kütlə.
Saxlanma şəraiti: 12-
Yararlılıq müddəti: Müddətsiz.
Buraxılış şərti:
Həkim resepti olmadan buraxılır.
İstehsalçı:
«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.