SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

passilor.jpg
  •  

  •  

  •  

  •  

Gənəgərçək yağı

genegerchek

Dərman vasitəsinin istifadəsi üzrə təlimat

GƏNƏGƏRÇƏK YAĞI

Beynəlxalq patentləşdirilməmiş adı: Castor oil  

Tərkibi:

Gənəgərçək yağı.

Təsviri

Şəffaf, qatı, özlü, rəngsiz və ya zəif sarımtıl rəngli məhluldur.

Farmakoterapevtik qrupu

İşlədici dərman vasitəsi.

İstifadəsinə  göstərişlər

Kəskin qəbizlik, zəhərlənmələr, qida toksikoinfeksiyaları, diaqnostik prosedurlardan əvvəl bağırsağın təmizlənməsi. Mamalıq təcrübəsində gənəgərçək yağından bəzi hallarda uşaqlıq əzələsinin yığılma qabiliyyətini gücləndirmək üçün istifadə edilir (doguş fəaliyyəti zəif olduqda).

Əks göstərişlər

Yağda həll olan dərman maddələri  ilə (fosfor, benzol, və s), həmçinin erkək ayıdöşəyi ekstraktı ilə zəhərlənmələrdə, qurdqovucu dərmanlərın tətbiqi zamanı (gənəgərçək yağı bu maddələri həll edərək onların qana sorulmasını sürətləndirir) və hamiləlik dövründə istifadəsi əks göstərişdir. 

Əlavə təsirləri

Aşkar olunmayıb.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Yağda həll olan dərman maddələri üçün həlledici kimi, məlhəm və linimentlərin hazırlanmasında məlhəm əsası kimi istifadə oluna bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə istifadəsi əks göstərişdir. Laktasiya dövründə istifadə oluna bilər.

İstifadə qaydası və dozası

Böyüklərə daxilə 15-30 q, uşaqlara 5-10-15 qr (1 çay, desert və ya xörək qaşığı) təyin edilir. Doğuş fəaliyyətinin zəifliyində daxilə 40-50 q təyin olunur. Bu məqsədlə gənəgərçək yağı adətən, xinin, pitiutrin (və ya paxikarpin) və uşaqlıq əzələsinin yığılma qabiliyyətini gücləndirən digər dərman vasitələri ilə birlikdə təyin edilir.

Doza həddinin  aşılması

Doza həddinin aşılması halı müşahidə edilməmişdir. Hər halda, bu baş verərsə preparatdan istifadəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.

Buraxılış forması  

30, 50 ml şüşə flakonlarda buraxılır. 1 flakon içlik vərəqə ilə birgə qutuya yerləşdirilir. 

Saxlanma şəraiti

12-15°C temperaturda, qaranlıq və uşaqların əli çatmaayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.  

İstehsalçı

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

 

Təlimatı yüklə