SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

fulisinar-af.jpg
  •  

  •  

  •  

  •  

Kalsium xlorid

kalsium-xlorid

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

Kalsium xlorid 5% 100 ml

Latın dilində adı: Solutio Calcii chloridi 5%  

Farmakoloji qrupu: makro- və mikroelementlər  

Tərkibi:

Təsiredici maddə:

Kaslium xlorid                    5 q

Köməkçı maddələr:

Metilparaben (nipagin) 0,05 q

Distillə suyu     100 ml-ə qədər  

Farmakoloji təsiri:

Təsiredici maddə (MNN) Kalsium xlorid (Calcium chloride)

İstifadəsinə göstərişlər:  

ATS-kod: A12AA07

Kalsiuma yüksək tələbat (hamiləlik, laktasiya, orqanizmin boyatma periodu), müxtəlif mənşəli və lokalizasiyalı qanaxmalar (ağ ciyər, mədə-bağırsaq, burun, uşaqlıq və s.), allergik xəstəliklər və təzahürləri (Zərdabi xəstəlik, örə xəstəliyi, gicişmə, Kvinke ödemi), bronxial astma, spazmofiliya, alimentar distrofik ödem, tetanus, ağ ciyər vərəmi, raxit və osteomalyasiya, qurğuşun sancısı, hipoparatireoz, hipokalsemiya, damarların yüksək keçiriciliyi (hemorragik vaskulit, şüa xəstəliyi), parenximatoz hepatit, toksiki heptatit, nefrit, eklampsiya, maqnezium duzları, oksalat və ftor turşuları ilə zəhərlənmələr, ekzema, psoriaz, paroksizmal mioplegiyanın hiperkaliemik forması, doğuş fəaliyyətinin zəifliyi, iltihabi və eksudativ proseslər (pnevmaniya, plevrit, adneksit, endometrit və s.).  

Əks göstərişlər  

Hiperkalsemiya, ateroskleroz, trombozlara meyllilik.

Əks təsirləri  

Daxilə qəbul zamanı epiqastral nahiyədə ağrı, qıcqırma. Venadaxili qəbul zamanı istilik hissi, üzün hipertermiyası, bradikardiya, venaya sürətli yeritmə zamanı ürək mədəciyinin fibrilyasiyası.

Qəbul qaydası və dozası  

5-15 ml 10%-li məhlulu 100-200 ml natrium xloridin izotonik məhlulu və ya 5%-li qlükoza məhlulu ilə qarışdırıb vena daxilinə yavaş-yavaş yeridilir (6 damcı/dəqiqə) 5-10%-li məhlulu daxilə sutkada 3 dəfə olmaqla hər dəfə böyüklərə 10-15 ml, uşaqlar 5-10 ml.

Xüsusi göstərişlər  

Əzələ daxilinə qəbul etmək olmaz, bu zaman hüceyrələrin nekrozlaşması baş verə bilər (kalsium xloridin yüksək konsentrasiyası 5%-dən başlayaraq güclü qıcıqlandırma yaradır). Kalsium xloridin v/d qəbulu zamanı əvvəl ağızda sonra bütün bədəndə istilik hissi yaranır. (əvvəllər kalsium xloridin venaya daxil olması ilə istilik hissinin yaranması arasındakı zamandan qanın axma sürətini təyin etmək üçün istifadə edirdilər).

Buraxılış forması

100 ml-lik şüşə flakonlarda şəffaf məhlul.  

Saxlanılma şəraiti  

Quru və sərin yerdə.

Yararlılıq müddəti

2 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

İstehsalçı  

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə