SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

tribemaks.jpg
  •  

  •  

  •  

  •  

Kamfora spirti 10%

kamfora-spirti

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

Kamfora spirti 10%  

Ticari adı: «Kamfora spirti»

Beynəlxalq patentləşdirilməmiş adı: «Kamfora»

Tərkibi:

Təsiredici maddə:

Kamfora 10q

Köməkçi maddə:

Etil spirti 70% 100 ml-ə qədər

İstifadəsinə göstərişlər

ATC-kod : M02 AX.

Kamfora analeptik vasitələrin əsas nümyəndələrindən biridir. Kamfora tənəffüs mərkəzini tonuslandırır, damarhərəkətetdirici mərkəzi stimulə edir. Kamfora həmçinin, ürək əzələsində maddələr mübadiləsini gücləndirmək və onun simpatik sinirlərin təsirinə həssaslığını  artırmaqla ona əvəzolunmaz təsir göstərir. Kamforanın təsiri altında periferik qan damarları daralır. Yerli istifadə zamanı kamfora preparatları qıcıqlandırıcı və qismən antiseptik təsir göstərir. Sürtmə şəklində və yataq yaralarının qarşısını almaq üçün istifadə olunur.

Əks göstərişlər

Epilepsiya və qıcolma reaksiyalarına meyllilik.

Əks təsirləri  

Fərdi dözümsüzlük, preparata həssaslıq.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri  

Aşkar olunmamışdır.

İstifadə qaydası və dozası 

Xaricə sürtmə və kompress şəklində.

Yüksək doza  

Yerli istifadə zamanı az təsadüf olunur.

Buraxılış forması  

25 ml və 40 ml-lik şüşə flakonlarda; şəffaf, rəngsiz, spesifik kamfora iyli maye.

Saxlanılma şəraiti

Sərin və qaranlıq yerdə.  

Yararlılıq müddəti  

5 il

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Buraxılış şərti  

Reseptsiz buraxılır.

İstehsalçı  

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə