SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

kalsium-xlorid.jpg
  •  

  •  

  •  

  •  

Kamfora yağı

kamfora-yagi

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

Kamfora yağı

Camphor oil 10%

Tərkibi:

Təsiredici maddə: Kamfora 2,5 q (4 q)  

Köməkçi maddə: Günəbaxan yağı 25 ml-ə (40 ml) qədər 

İstifadəsinə göstərişlər 

ATC-kod: M02AX.

Kamfora analeptik vasitələrin əsas nümayəndələrindən  biridir. Kamfora tənəffüs mərkəzini tonuslandırır, damarhərəkətetdirici mərkəzi stimulə edir. Kamfora həmçinin, ürək əzələsində maddələr mübadiləsini gücləndirmək və onun simpatik sinirlərin təsirinə həssasliğını artırmaqla ona əvəzolunmaz təsir göstərir. Kamforanın təsiri altında  periferik qan damarları daralır. Yerli istifadə zamanı kamfora preparatları qıcıqlandırıcı və qismən antiseptik təsir göstərir. İltihabi proseslər, artrit, revmatizm zamanı kompress və sürtmə şəklində istifadə olunur.

Əks göstərişlər

Epilepsiya və qıcolma reaksiyalarına meyllilik.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Aşkar olunmamışdır

İstifadə qaydası və doza

Xaricə sürtmə və kompress şəklində.

Əlavə təsirləri  

Fərdi dözümsüzlük, preparata həssaslıq.

Yüksək doza

Az təsadüf olunur.

Buraxılış forması

25 40 mllik flakonlarda yağ.

Saxlanılma şəraiti

Sərin, işıqdan qorunmaqla uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Buraxılış şərti  

Reseptsiz buraxılır.

İstehsalçı:

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə