SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

yosept1.jpg
  •  

  •  

  •  

  •  

Korvalol

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

KORVALOL  

Tərkibi:

Təsiredici maddə: 1 ml prepratın tərkibində:

Alfa-bromizovalerian turşusunun etil efiri 20 mq

Fenobarbital 18,26 mq

Natrium hidroksid 3,15 mq

İstiotlu nanə yağı 1,42 mq 

Köməkçi maddələr: etil spirti 0,58 ml

Təmizlənmiş su 0,42 ml.

Təsviri

Şəffaf,rəngsiz, xüsusi aromatik qoxulu məhlul.

Farmakoloji xüsusiyyətləri

Farmakoterapevtik qrupu: sedativ vasitə

Kombinəolumuş prepratdır. Fenobarbital sedativ və yüngül yuxugətirici təsirə malikdir. MSS oyanıqlığını aşağı salır və təbii yuxunun başlanmasını asanlaşdırır. Etilbromizovalerianat sedativ və spazmolitik təsir göstərir. İstiotlu nanə yağı reflektor damargenəldici və spazmolitik aktivliyi malikdir.  

 

İstifadəsinə göstərişlər

Korvalol sakitləşdirici və damargenəldici vasitə kimi ürək-damar sisteminin funksional pozğunluğunda, yüksək qıcıqlanma ilə müşahidə edilən nevrozabənzər hallarda, yuxunun pozulması zamanı, taxikardiya zamanı, vegetativ təzahürlərlə özünü göstərən oyanıqlıq halında; spazmolitik vasitə kimi isə bağırsaq spazmında istifadə edilir.

Əks göstərişlər  

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq; böyrək və qaraciyərin funksiyasının nəzərəçarpan pozulması.

Xüsusi göstərişlər

Hamiləlik zamanı yalnız ciddi göstəriş olduqda təyin edilir. Laktasiya zamanı təyini mütləq olduqda südlə qidalandırmanı dayandırmaq lazımdır. Preparatın tərkibində 58 həcm faizi etanol və fenobarbital var, buna görə də korvalolu qəbul edənlərə yüksək diqqət, psixi və fiziki reaksiyalar tələb edən işlərlə məşğul olmaq məsləhət görülmür. Uzunmüddətli istifadə zamanı dərman asılılığı yaranması mümkündür, brom orqanizmdə toplanmaqla zəhərlənmə yarada bilər.

İstifadə qaydası və dozası

Dozalanma fərdi olaraq seçılır. Böyüklərə, adətən sutkada 3 dəfə, yeməkdən əvvəl, 15-30 damcı az miqdarda (30-50 ml) suda həll etməklə təyin edilir. Taxikardiya zamanı birdəfəlik dozanı 40-50 damcıya qədər yüksəltmək olar. Uşaqlara yaşından və xəstəliyin şəklindən asılı olaraq sutkada 3-15 damcı təyin edilir. Preparatın qəbul müddəti həkim tərəfindən fərdi olaraq təyin edilir.

Əlavə təsirləri  

Korvalol, adətən orqanizm tərəfindən yaxşı mənimsənilir. Bəzi hallarda, gündüz vaxtı yuxululuq və yüngül başgicəllənmə müşahidə edilə bilər. Yüksək dozada uzunmüddətli qəbulu zamanı bromla xroniki zəhərlənmənin baş verməsi mümkündür ki, bu da özünü depressiv əhval-ruhiyyə, apatiya, rinit, konyunktivit, hemorragik diatez, hərəkət koordinasiyasının pozulması ilə göstərir.

Buraxılış forması  

15 və ya 25 ml-lik damcıladıcı flakonlarda. 1 flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanılma şəraiti

15°C-dən yüksək olmayan temperaturda, qaranlıq, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yaralılıq müddəti:

1 il  6 ay.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçılar:  

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

EKOlab QSC, Rusiya Respublikası, Moskva ş., Elektroqorsk küç., Budennoqo, m.1.

Təlimatı yüklə