SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

hemorokor.jpg
  •  

  •  

  •  

  •  

Menovazin

menovazin

Dərman vasitəsinin istifadəsi üzrə təlimat

Menovazin  

Tərkibi:

Təsiredici maddələr:

Mentol 0,625 q

Anestezin 0,25 q

Novokain 0,25 q

Köməkçi maddələr :

70%-li etil spirti 25 ml-ə qədər

Farmakoloji təsiri:

Yerli anesteziyaedici vasitə

İstifadəsinə göstəriş:

Xaricə yerli ağrıkəsici vasitə kimi nevralgiya, mialgiya, artralgiya zamanı, qaşınma əleyhinə vasitə kimi qaşındırıcı dermatozlarda istifadə olunur.

Qəbul və dozalanma qaydası:

Sutkada 2-3 dəfə dərinin ağrıyan  hissələrinə sürtülür.

Əks göstəriş:

Novokainə qarşı yüksək həssaslıq zamanı preparatın istifadəsi əks göstərişdir.

Əlavə təsirləri:

Uzunmüddətli istifadə zamanı başgicəllənmə, ümumi zəiflik, arterial təzyiqin enməsi müşahidə oluna bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Aşkar olunmamışdır.

Yüksək doza:

Yerli istifadə zamanı az ehtimal olunur.

Buraxılış forması:  

25 ml-lik şüşə flakonlarda.

Yaralılıq müddəti:  

2 il

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

Saxlanılma şəraiti:

12-15C temperaturda, işıqdan qorunmaqla, uşaqların əli çatmayan yerdə.

Buraxılış şərti:

Həkim resepti olmadan buraxılır.

İstehsalçı:  

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə