SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

azikosin.jpg
  •  

  •  

  •  

  •  

Nanə cövhəri

nane

Dərman vasitəsinin istifadəsi üzrə təlimat

İstiotlu Nanə cövhəri 

Ticari adı: İstiotlu nanə cövhəri

Dərman forması: 25 ml-lik tinktura

Tərkibi:

Təsiredici maddələr:

İstiotlu nanə yarpağı 1,25 q

İstiotlu nanə yağı      1,25 q

Köməkçi maddələr:

90%-li etil spirti 25 ml-ə qədər

Farmakoterapevtik qrup: spazmolitik, antixolinergik preparat, mədə-bağırsaq traktı motorikasının stimulyatoru.

ATC kod: A03

Farmakoloji təsiri: İstiotlu nanədə əsas təsiredici maddə mentoldur. Selikli qişalara və dəriyə sürtmə zamanı mentol sinir uclarını qıcıqlandıraraq soyuqluq və sancma hissi əmələ gətirir. Soyuqluq reseptorlarının oyanması ilə səthi damarlar yığılır və reflektor olaraq daxili orqanların damarları genişlənir. Stenokardiya zamanı mentolun təsiri ilə ağrının azalması bununla izah olunur. Mentol vazoaktiv xüsusiyyətlərə malikdir; arteriovenoz tonusu nizama salır, nitroqliserinin qəbulu ilə kəllədaxili venalarda yaranan tonusun qarşısını alır, xarici venalarda qanın hərəkətinə kömək edir. Mentol, həmçinin, yüngül yerli anesteziyaedici təsirə malikdir. Mentol mədə-bağırsaq selikli qişasının reseptorlarını qıcıqlandırmaqla peristaltikanı gücləndirir. Bunula yanaşı, antiseptik təsir göstərir. Efir yağının qıcıqlandırıcı və antiseptik təsiri turşuma və qıcqırma proseslərinin qarşısının alınmasına və həzm vəzilərinin sekresiyasının səbəb olur.

İstifadəsinə göstəriş: Mədə-bağırsaq traktı spazmalarında, meteorizm, ürəkbulanma, qusma zamanı. Xolesistit, ödkisəsi daşları və hepatit zamanı ödqovucu kimi istifadə olunur. Yuxarı tənəffüs yollarının iltihabi xəstəlikləri zamanı (laringit, faringit, traxeit, zökəm) selikli qişalara sürtmək üçün, inhalyasiya, burun damcısı şəklində istifadə olunur.

Qəbul və dozalanma qaydası: Sutkada 3-4 dəfə, yeməkdən əvvəl, 10-15 damcı olmaqla daxilə qəbul olunur.

Əlavə təsirləri: Aşkar olunmamışdır.

Əks göstərişlər: Preparata individual həssaslıq.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Aşkar olunmamışdır.

Yüksək doza: Mədənin yüksək turşuluğu zamanı natrium-hidrokarbonatın sulu məhlulu və ya qələvili mineral sular qəbul etmək lazımdır.

Saxlanma şəraiti: 12-15C temperaturda, işıqdan qorumaqla, uşaqların əli çatmayan yerdə.

Buraxılış forması : 25 ml-lik şüşə flakonlarda, yaşıl rəngli şəffaf, istiotlu nanə iyli məhlul.

Yararlılıq müddəti: 3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Buraxılış şərti: Reseptdiz buraxılır.

İstehsalçı:

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə