SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

naftalan.jpg
  •  

  •  

  •  

  •  

Normalakt

normolakt

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

NORMOLAKT

Tərkibi:

Təsiredici maddələr: 120 ml məhlulun tərkibində

Laktuloza    84 q

Qalaktoza     7 q

Laktoza     1,5 q

Fruktoza    1,2 q

Epilaktaza 9,6 q vardır.

Köməkçi maddələr:

Benzoy turşusu, distillə su.

Farmakoloji xüsusiyyətləri

İşlədici vasitədir. Normolaktın aktiv maddəsi olan laktuloza sintetik disaxarid olub, laktoza və fruktozadan təşkil olunmuşdur. Nazik bağırsaqda hidroliz olunmur və dəyişilməmiş şəkildə çənbər bağırsağa keçir. Preparatın təsiri nəticəsində yoğun bağırsağın florası dəyişir. Bağırsaqdakı Lactobacillus acidophilus, Lactobacillus bifidus bakteriyaları bölünüb çoxalır və onların sayəsində laktuloza parçalanaraq süd turşusu əmələ gətirir, bu  da orada turşuluğun artmasına və peristaltikanın stimullaşmasına səbəb olur. Bununla yanaşı, həmçinin, nəcis kütləsinin həcmi artır və yumşalır. Nəticədə Normolakt yoğun bağırsağın selikli qişasına və saya əzələlərinə təsir etmədən işlədici təsir göstərir. Normolaktın təsiri nəticəsində, həmçinin, yoğun bağırsaqda ammonyakın adsorbsiyası artır, tərkibində azot olan toksiki maddələrin əmələ gəlməsi aşağı düşür və bunların qan sisteminə sorulması aradan götürülür. Normolakt yoğun bağırsaqda salmonellaların inkişafını blokada edir. Vitaminlərin absorbsiyasını aşağı salmır və asılılıq yaratmır. Bağırsaqdan praktiki olaraq sorulmur.

Farmakokinetikası

Preparat yalnız bağırsaq mühitində təsir göstərir və qan dövranına absorbsiya olunmur.

İstifadəsinə göstərişlər

Xroniki qəbizlik;

Qaraciyər ensefalopatiyası;

Salmonellez (generalizə olmuş formalarından başqa);

Həzm prosesinin pozulması (qida zəhərlənmələrindən sonra, südəmər uşaqlarda və 10 yaşadək olan uşaqlarda);

Nəcis kütləsini yumşaltmaq məqsədilə (həmçinin, babasildə, yoğun bağırsaq və anal dəliyində cərrahi əməliyyatlar zamanı).

Əks göstərişlər

Preparatın tərkib hissələrinə qarşı yüksək həssaslıq. Qalaktozemiya.

İstifadə qaydası və dozası

Fərdidir. Qəbizliyin müalicəsində Normolakt böyüklərə müalicənin ilk üç günü 15-45 ml, sonra isə 10-25 ml olmaqla təyin edilir. Preparatı gündə 1 dəfə səhər yeməyi zamanı qəbul etmək məsləhət görülür. 7-14 yaşlı uşaqlarda başlanğıc doza 15 ml, sonrakı doza 10 ml təşkil edir. 7 yaşa qədər uşaqlarda başlanğıc və sonrakı dozalar eynidir,  1-6 yaşlı uşaqlara  5-10 ml, 6 həftədən 1 yaşadək uşaqlara 5 ml təyin edilir. Qaraciyər ensefalopatiyasının (koma və ya prekoma) müalicəsi üçün 30-35 ml olmaqla sutkada 2-3 dəfə təyin edilir, dozanı gündə 190 ml-ə qədər artırmaq olar. Qaraciyəri çox zədələnmiş xəstələrdə qaraciyər komasının profilaktikası məqsədilə preparat 25 ml olmaqla gündə 3 dəfə təyin edilir. Salmonellezin müalicəsi üçün 15 ml olmaqla gündə 3 dəfə 10-12 gün ərzində təyin edilir, sonra isə 7 günlük fasilədən sonra müalicə kursu davam etdirilir. Ehtiyac olan hallarda 7 gündən sonra 3-cü müalicə kursunu təyin etmək olar, bu zaman preparat 30 ml olmaqla gündə 3 dəfə təyin edilir.

Əlavə təsirləri  

Normolaktın ilk qəbulunda qarın nahiyəsində ağrılar və meteorizm müşahidə oluna bilər. Bu simptomlar ilk qəbuldan sonra 48 saat ərzində və ya sonrakı qəbulda keçir. Bəzi hallarda ürəkbulanma, qusma, anoreksiya müşahidə oluna bilər. Yüksək dozalarda diareya mümkündür ki, bu da dozanın korreksiyasından sonra və ya preparatın qəbulu dayandırıldıqda aradan qalxır.

Xüsusi göstərişlər

Qarın nahiyəsində ağrı olduqda, həmçinin ürəkbulanma və qusma zamanı preparatı təyin etmək məsləhət görülmür. Şəkərli diabeti olan xəstələrə, xüsusən də, yoğun bağırsaqda iltihabı proses olan zaman preparatı ehtiyatla təyin etmək lazımdır. Preparatı hamilə və südəmər uşağı olan qadinlara, 6 həftəlik uşaqlara, yaşlı xəstələrə və hemorroidal düyünləri rezeksiya olunan xəstələrə təyin etmək olar. Qaraciyər ensefalopatiyası olan xəstələrdə preparatın effekti olmadıqda, neomisinlə laktulozanın kombinasiyada istifadəsi məsləhətdir. Preparatın uzun müddət istifadəsi zamanı (6 aydan artıq) kalium, xlor və karbon qazının qanın plazmasındaki miqdarını nəzarətdə saxlamaq lazımdır. İstifadə zamanı məhlulu su və ya şirələrlə durulaşdırmaq olar.

Buraxılış forması

120 ml flakonda buraxılır, 1 flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Aptekdən buraxılma şərti

Həkim resepti əsasında.

Saxlanılma şəraiti 

Qutuda olmaq şərtilə quru, uşaqların əli çatmayan yerdə, 25°C-dən aşağı temperaturda və donmadan qorumaqla saxlamaq lazımdır.  

Yararlılıq müddəti

3 il

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

İstehsalçı:

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə