SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

sefadim2.jpg
  •  

  •  

  •  

  •  

Passilor

passilor

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

PASSİLOR

Tərkibi:

Təsiredici maddə: 1 ml preparatın tərkibində 300 mq Passiflora inkarntaının duru ekstraktı vardır.

Köməkçi maddələr : etil spirti 70%, propilenqlikol.

Farmakoloji xüsusiyyətləri

Sakitləşdirici, anksiolitik, yuxugətirici, spazmolitik və qıcolma əleyhinə bitki tərkibli vasitədir. Sedativ və anksiolitik komponentlərinin birləşməsi sayəsində Passilor beyinin psixoloji sferasında dərin sakitləşmə yaradır və beyin funksiyalarını zəiflətmədən yuxu əmələ gətirir. Antiepileptik təsir göstərir (beyinin artmış bioelektrik aktivliyini azaldır). Beyində mübadilə proseslərini yaxşılaşdırmaqla energetik prosesləri sürətləndirir və onun hipoksiyaya qarşı müqavimətinin artırır. Nəticədə, Passilor zehni fəaliyyəti və iş qabiliyyətini yüksəldir. Həmçinin, o digər dərman vasitələrinin  fəaliyyətini gücləndirə bilir.

İstifadəsinə göstərişlər

Sinir-emosional gərginlik, qıcıqlanma, həyəcanlanma və qorxu zamanı sinir oyanıqlığının artması, funksional yuxusuzluq, nevrasteniya (iş qabiliyyətinin aşağı enməsi, diqqətin yayınması, yaddaş pozğunluğu və s.), psixasteniya (psixoloji yorğunluq), isteriya, hiperkinezlər və qıcolmalara meyillilik, miqren, klimakterik hallar, xroniki alkoqolizm, arterial hipertenziya, hipertonik tipli neyrosirkulyator distoniya, nevrozla əlaqədar - övrə, seboreya, psoriaz, neyrodermit və digər dermatozlar, bir sıra psixotrop maddələrin narkotik asılılığından xilas olmaq üçün, həmçinin stress hallarına qarşı dözümlülüyü artırmaq üçün.

Əks göstərişlər  

2 yaşadək uşaqlar, hamiləlik, laktasiya dövrləri, preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası

Bir qədər suya damızdırmaqla

2-6 yaş arası uşaqlara: 6 damcı gündə 3 dəfə və yuxugətirici vasitə kimi axşam yatmazdan əvvəl 10 damcı.

6 yaşdan yuxarı uşaqlara və böyüklərə: 10 damcı gündə 3 dəfə və yuxugətirici vasitə kimi axşam yatmazdan əvvələ 25-30 damcı olmaqla daxilə təyin edilir. Müalicə kursunun davam etdirilməsi individual olaraq təyin olunur.

Əlavə təsirləri

Qarın və kürək nahiyəsində ekzematoz səpgilər, yuxululuq, yorğunluq, baş gicəllənmə və mədə-bağırsaq pozğunluqları.

Digər dərmanlarla qarşılıqlı təsiri

Alkoqol və mərkəzi sinir sistemi fəaliyyətini zəiflədən digər preparatlar passilorun analoji təsirini gücləndirir.

Ehtiyat tədbirləri: Diqqət tələb edən peşə sahiblərinə Passilor ehtiyatla təyin olunmalıdır.  

Buraxılış forması  

30 ml-lik damcıladıcılı flakonlarda. 1 flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanılma şəraiti  

Qaranlıq, quru, 10-15°C temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Yararlılıq müddəti

2 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Həkim resepti ilə buraxılır.

İstehsalçılar:  

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə