SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

beqamma.jpg
  •  

  •  

  •  

  •  

Hidrogen peroksid

peroksid

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

Hidrogen peroksid

Latın dilində adı: Hydrogen peroxide  

Farmakoloji qrupu: Antiseptik və dezinfeksiyaedici vasitə

ATC kod: A01AB02 

Tərkibi:

Təsiredici maddə:

Hidrogen peroksid 35% 9,60 q

Köməkçi maddələr:

Natrium benzoat                                      0,05 q

Distillə suyu                                   lazımı qədər 

Farmakoloji təsiri

Təsiredici maddə (MNN) Hidrogen peroksid (Hydrogen peroxide)

İstifadəsinə göstəriş: Çirklənmiş yaraların üstünün ilkin işlənməsi, yaraların irindən və qan laxtasından təmizlənməsi, kapilyar qanaxmanın saxlanması, diş yuvası və burun qanaxmaları zamanı..

Əks göstərişlər: Yüksək həssaslıq.

Əlavə təsiri: Allergik reaksiyalar (nadir hallarda), yara nahiyəsində yanğı hissi.  

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Ağır metalların duzları və əsasları ilə parçalanır və aktivliyini itirir.

Qəbul qaydası və dozası: Xaricə zədələnmiş nahiyə (dəri, selikli qişa) məhlul və ya aerozolda isladılmış pambıq və ya tənzif tamponla işlənir.

Təhlükəsizlik qaydaları: Preparatın gözə düşməməsinə diqqət etmək lazımdır; boşluqları yumaq və okkluzion sarğılarda istifadə etmək tövsiyə olunmur.

Xüsusi göstərişlər: 3% –li məhlul xaricə istifadədən əlavə toksikoloji praktikada kalium-permanqanat duzu ilə zəhərlənmə zamanı antidot kimi istifadə olunur (sirkə turşusunun 3-li məhlulu ilə kombinasiyası).

Buraxılış forması

100 ml-lik şüşə flakonlarda şəffaf məhlul.  

Saxlanılma şəraiti 

Sərin yerdə və işıqdan qorunmaqla.

Yararlılıq müddəti

2 il

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

İstehsalçı

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə