Perhidrol
Dərman vasitəsinin istifadəsi üzrə təlimat
Qatı hidrogen peroksid məhlulu (Perhidrol)
Latın dilində adı: Solutio Hydrogenii peroxydi concentrata
Farmakoloji qrupu: Antiseptik və dezinfeksiyaedici vasitə
Tərkibi:
Təsiredici maddə:
Hidrogen peroksid 35% 96 q
Köməkçi maddələr:
Natrium benzoat 0,05 q
Distillə suyu 100 ml-ə qədər
Təsiredici maddə (MNN) Hidrogen peroksid (Hydrogen peroxide)
İstifadəsinə göstəriş: Selikli qişaların iltihabi xəstəliklərində (stomatit, angina), irinli yaralarda yaxalama və sürtmə üçün məhlul şəkilndə istifadə edilir. Dermatoloji praktifada depiqmentasiyaedici vasitə kimi istifadə olunur.
Əks göstərişlər: Yüksək həssaslıq.
Əks təsirləri: Allergik reaksiyalar (nadir hallarda), yara nahiyəsində yanğı hissi.
Digər dərman vasitələri ilə qarşılıqli təsiri: Ağır metalların duzları və əsasları ilə parçalanır və aktivliyini itirir.
Qəbul qaydası və dozası: Yaralı stomatitdə damağa sürtmək üçün 5 ml perhidrol 15 ml distillə suyu ilə qarışdırılır. Qarqara üçün 10 ml perhidrol 40 ml distillə suyu ilə qarışdırılır.
Təhlükəsizlik qaydaları: Preparatın gözə düşməməsinə diqqət etmək lazımdır, boşluqları yumaq və okkluzion sarğılarda istifadə etmək tövsiyə olunmur.
Buraxılış forması
100 ml-lik şüşə flakonlarda şəffaf məhlul.
Buraxılış şərti
Reseptsiz buraxılır.
Saxlanılma şəraiti
Sərin yerdə və işıqdan qorunmaqla.
Yararlılıq müddəti
2 il
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
İstehsalçı
«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.