SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

menovazin.jpg
  •  

  •  

  •  

  •  

Rezorsin və salisil turşusunun spirtdə məhlulu

rezorsin

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

Rezorsin və salisil turşusunun spirtdə 2%-li məhlulu.  

Latın dilində adı: Solutio  Resorcini et salicylici spirituosa 2%

Famakoloji qrupu: Antiseptik və dezinfeksiyaedici vasitə

ATC-kod: D10AX02

Tərkibi:

Təsiredici maddə: Rezorsin -0,5 q (0,8 q), salisil turşusu-0,5 q (0,8 q)

Köməkçi maddə: Etil spirti, distillə suyu

İstifadəsinə göstəriş:

Dərinin infeksion xəstəliklərində, piyli seboreya, dərinin qaşınması və göynəməsi zamanı, bişməcə, dərinin buynuzlaşması zamanı, adi sızanaqlarda, piodermiyada, tərləmə zamanı, ekzema, seboreya, dərinin göbələk xəstəliyində.

Əks göstərişlər:

Yüksək həssaslıq

Qəbulolunma məhdudiyyətləri:

Dərinin və selikli qişanın ümumi zədələnməsi, dəri örtüyünün tamlığinin pozulması.

Əks təsirləri:

Yerli qıcıqlanma (qaşınma, cızılmış yerlərdə göynəmə), allergik reaksiyalar.

Qəbul qaydası və dozası:

Xaricə, pambıq tamponlar vasitəsilə dəri sutkada 2-3 dəfə silinir. Müalicə müddəti xəstəliyin xarakterindən asılıdır.

Buraxılış forması:

25; 40 ml-lik şüşə flakonlarda.

Buraxılış şərti:

Reseptsiz buraxılır.  

Saxlanma şəraiti:

10-15°C temperaturda, işıqdan qorunmaqla.  

Yaralılıq müddəti:

2 il

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

İstehsalçı:

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə