SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

beqamma.jpg
  •  

  •  

  •  

  •  

Tibbi qliserin

qliserin

Dərman vasitəsinin istifadəsi üzrə təlimat

Tibbi Qliserin

Fiziki-kimyəvi xüsusiyyətləri: Rəngsiz, özlü (şərbətəbənzər), iysiz, şırın dadlı, hiqroskopik məhlul.

Tərkibi: 1 q məhlulda 0,85 q  qliserin var.

Köməkçi maddə: distillə suyu.

Dərman forması: Məhlul

Farmakoterapevtik qrupu: Yerli istifadə üçün vasitə

Farmakodinamikası: Qliserin həm 30%-li sulu məhlul, həm də mineral və üzvi maddələr daşıyan, suda və qliserində həll olan liniment və məlhəm əsası kimi dəriyə yumşaldıcı təsir göstərir. Qliserin həmçinin xaricə istifadə olunan bor turşusunun, protarqolun, taninin həlledicisi kimi istifadə olunur.

Farmakokinetika: Qliserin dəridən sorulmur, ancaq selikli qişadan asanlıqla sorulur.

İstifadəsinə göstəriş: Qliserin xaricə dəri və selikli qişanı yumşaldıcı kimi liniment və məlhəmlərin əsasında istifadə olunur. Həmçinin, qəbizlik zamanı işlədici kimi istifadə olunur.

İstifadə forması: Xaricə applikasiya formasında böyüklərdə quru dəriyə istifadə olunur.  Qəbizlik zamanı klizma formasında istifadə olunur (2-5 ml).

Əlavə təsirləri: Xaricə istifadə zamanı əlavə təsirlər müşahidə olunarsa, sonrakı istifadəsi üçün həkimlə məsləhətləşmək lazımdır.

Əks göstərişlər: Preparata qarşı həssaslıq. Dərinin açıq yaraları.

Yüksək doza: Müşahidə olunmayıb.

Saxlanma şəraiti: Uşaqların əli çatmayan yerdə, möhkəm bağlanmış qabda saxlanılır.

Yararlılıq müddəti: 5 ildir. Yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Buraxılma şərti: Həkim resepti olmadan buraxılır.

Buraxılış forması: 25 q-lıq flakonlarda.

İstehsalçı :

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə