SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

normolakt.jpg
  •  

  •  

  •  

  •  

Tibbi spirt

spirt

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

Tibbi spirt 95%  

Latın dilində adı: Spiritus aethylicus 95%

Farmakoloji qrupu: Antiseptik və dezinfeksiyaedici vasitə

ATC-kod : D08AX

Tərkibi:

Təsiredici maddə : Etil spirti 96,5% - 79,3 q (100 ml); 793 q (1 l). 

Köməkçi maddə : Distillə suyu  

İstifadəsinə göstəriş: Tibbi praktikada etil spirti xaricə antiseptik və qıcıqlandırıcı vasitə kimi sürtmə və kompreslər şəklində istifadə olunur. Tinkturaların, ekstraktların və xaricə dərman formalarının hazırlanmasında istifadə olunur.

Əks göstərişlər: Yüksək həssaslıq.

Əks təsirləri: Mərkəzi sinir sisteminə ləngidici təsir (rezorbtiv effekt).

Qəbul qaydası və dozası: Xaricə, pambıq tamponların və ya salfetlərin vasitəsilə dəriyə sürtmək.

Təhlükəsizlik qaydaları: Kompresslər üçün etanol (yanıqlar baş verməsin deyə) su ilə 1:1 nisbətində qarışdırılır.

Buraxılış forması  

100 ml-lik şüşə, 1 l-lik plasmas flakonlarda şəffaf məhlul.

Buraxılış şərti  

Reseptsiz buraxılır.  

Saxlanılma şəraiti  

Möhkəm bağlanmış qablarda, 10-15 °C temperaturda, işıqdan və oddan qorumaqla.  

Yararlılıq müddəti

3 il

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

İstehsalçı:  

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə