SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

azikosin.jpg
  •  

  •  

  •  

  •  

Tonzilamin-AF

tonzilamin

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

TONZİLAMİN–AF 

Tərkibi

Təsiredici maddə: 120 ml məhlulda 180 mq Benzidamin hidroxlorid vardır. 

Köməkçi maddələr: nipagin, mentol, natrium saxarinat, natrium bikarbonat, qliserin, etanol 96%, rəngləyici, distillə suyu.

Farmakoloji xüsusiyyətləri  

Qeyri steroid iltihab əleyhinə preparatdır. İltihab əleyhinə və ağrıkəsici təsir göstərir. Təsir mexanizmi hüceyrə membranını möhkəmləndirmək, tsiklooksigenaza fermentini blokada edib, prostoqlandinlərin sintezini pozmaqla bağlıdır. Preparatın ağrıkəsici effekti daha çox iltihabla bağlı ağrılarda müşahidə olunur. Aspirinəbənzər preparatlarla kombinə olunmuş şəkildə istifadə etdikdə qızdırmasalıcı təsir də göstərir.

Farmakokinetikası 

Preparatı yerli istifadə etdikdə, selikli qişadan yaxşı absorbsiya olunur və tez bir müddətdə iltihabi proses gedən toxumaya keçir və orada iltihab əleyhinə və yerli ağrıkəsici təsir göstərir.

İstifadəsinə göstərişlər

Ağız boşluğu və boğazın iltihabi xəstəlikləri:

- tonzillit, angina, faringit, laringit;

- gingivit, qlossit, stomatit (həmçinin şüa və kimyəvi terapiyadan sonra);

- parodontoz, periodontal xəstəlikləri;

- kandidoz (kombinə olunmuş müalicənin tərkibində);

- dişlərin konservativ müalicəsində və diş çəkilişindən sonrakı dövr üçün müalicəyə əlavə vasitə;

- zədələrdə və cərrahi əməliyyatdan sonrakı müalicədə köməkçi vasitə kimi (tonzillektomiya, çənə sınıqları);

-  tüpürcək vəzilərinin kalkulez iltihabi.

Əks göstərişlər  

-  benzidaminə qarşı yüksək həssaslıq;

- 12 yaşa qədər uşaqlar.

İstifadə qaydası və dozası

Ağrını azaltmaq preparatdan 15 ml (1 xörək qaşığı) götürüb boğaz və ya ağız boşluğu 30 saniyə ərzində qarqara edilir. Hər 1,5-3 saatdan bir təkrarlanır. Preparat əsasən qatı şəkildə istifadə edilir. Əgər yandırıcı təsir müşahidə olunsa, su ilə durulaşdırıb istifadə etmək olar.

Əlavə təsirləri  

Yerli reaksiyalar ağız boşluğuna yandırıcı təsir göstərməsi, toxumaların keyləşməsi, ağızda quruluq.

Digər: yuxulu vəziyyət, allergik reaksiyalar.

Xüsusi göstərişlər

İnfeksion iltihabi xəstəliklər zamanı preparat kombinə olunmuş formada istifadə olunmalıdır. Əgər preparatı istifadə etdikdə yandırıcı effekt alınırsa, onda onu su ilə durulaşdırmaq lazımdır.

Buraxılış forması 

120 ml-lik flakonlarda buraxılır. 1 flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanılma şəraiti:

15-30°C temperaturda, işıqdan və donmadan qorumaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti:

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı:

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə