SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

yosept2.jpg
  •  

  •  

  •  

  •  

Yosept 1%

yosept1

Dərman vasitəsinin istifadəsi üzrə təlimat

YOSEPT 1%

Təsiredici maddə: Məhlulun 1 ml-də 10 mq polivinilpirrolidon-yod kompleksi var, bu da 1 mq aktiv yoda müvafiqdir.

Köməkçi maddələr: mentol, qliserin, etanol, təmizlənmiş su.

Farmakoloji xüsusiyyətləri

Yosept yodun plivinilpirrolidon ilə kompleks birləşməsindən ibarətdir. YOSEPT antiseptik, dezinfeksiyaedici, antibakterial, göbələk əleyhinə, ibtidailər və virus əleyhinə təsirə malikdir. Bu xüsusiyyətlər polivinilpirrolidon-yod kompleksindən azad olan elementar yod sayəsindədir. Yod hüceyrə zülallarının amin qrupları ilə birləşərək yodaminlər əmələ gətirir. Bu zaman zülallar koaqulyasiya olunur, hüceyrələr isə məhv olur. Yosept geniş təsir spektrinə malikdir, qrammüsbət və qrammənfi bakteriyalara, göbələklərə, vərəm mikobakteriyalarına, viruslara və ibtidailərə qarşı fəallıq göstərir. Dəri və selikli qişalarla təmasda olduqda yod kompleksdən tədricən ayrılaraq mikroorqanizmlərə qarşı bakterisid təsir göstərir. Preparatın effekti dərhal-adətən 15-60 saniyə ərzində müşahidə olunur. Yoseptin istifadə olunduğu nahiyyədə yaranan nazik rəngli təbəqə yodun bütün miqdarı ayrılana qədər saxlanılır. Bundan sonra preparatın təsiri tamamlanır.

İstifadəsinə göstərişlər 

Ağız boşluğu orqanlarının infeksion-iltihabi xəstəlikləri: stomatit, gingivit, qlossit.

LOR orqanları və yuxarı tənəffüs yolları orqanlarının infeksion-iltihabi xəstəlikləri:

Kəskin tonzillit (kataral follikulyar, lakunar, xoralı nekrotik angina), xronik tonzillit (badamcıqların yuyulması məqsədilə), paratonzillit, paratonzilyar abses, kəskin sinusit (burun ciblərinin yuyulması məqsədilə), kəskin kataral laringit, fleqmanoz laringit, kəskin faringit, xroniki faringit (qranulyoz, subatrofik, atrofik), farinqomikoz.

Ağız boşluğu, burun-udlaq, qırtlaqda aparılan cərrahi əməliyyatdan əvvəl və sonra əməliyyat sahəsinin işlənməsi.

Stomatologiyada – üz-çənə nahiyyəsində aparılan cərrahi əməliyyatlarda dezinfeksiyaedici vasitə kimi, stomatoloji əməliyyatlardan əvvəl və sonra ağız boşluğunun dezinfeksiyası, ağızdan xoşagəlməz qoxu.  

LOR orqanlarının bəd-, xoş xassəli şişlərində ikincili infeksiyaların profilaktikası.  

Urologiyada sidik kisəsinin və uretranın yuyulmasında istifadə olunur.  

Əks göstərişlər

Yoda qarşı yüksək həssaslıq, hipertireoz.

Xüsusi göstərişlər

Hamilələrdə və zahılarda uzun müddət istifadə etmək məsləhət görülmür. Paltar Yosept məhlulu ilə çirkləndikdə ləkələr ilıq su ilə aradan qaldırılır, daha çox çirklənmə zamanı natrium-tiosulfat məhlulundan istifadə olunur.  

DAXİLƏ QƏBUL OLUNMAMALIDIR.

İstifadə qaydası və dozası

Qarqara məqsədilə 1%-li Yosept məhlulu həll edilmədən istifadə olunur. Müalicə məqsədilə gündə 3-4 dəfə 30 saniyə müddətində 1%-li Yosept məhlulu ilə qarqara olunur. Ağız boşluğunun gigiyenik qarqarası məqsədilə Yosept məhlulu gündə 2 dəfə 30 saniyə müddətində istifadə olunur. Sidik kisəsinin və uretranın yuyulması məqsədilə 1% Yosept məhlulu 1:10 həll edilərək (0,1%-li məhlul) istifadə olunur.

Əlavə təsirləri

Yoda qarşı həssas olan şəxslərdə allergik reaksiyalar mümkündür.

Doza həddinin aşılması

Məhlul xaricə tətbiq üçün nəzərdə tutulub. Məqsədli və ya təsadüfi olaraq daxilə istifadə edildikdə zəhərlənmə mümkündür, bu da mədə-bağırsaq sistemi tərəfindən ağızda metallik tam, qusma, ishal, epiqastral nahiyədə ağrılar ilə özünü biruzə verir. Belə hallarda mədəni yumaq və müvafiq müalicə tədbirləri aparmaq lazımdır. Daxilə yodun spesifik antidotu- natrium tiosulfat məhlulu verilir.

Buraxılış forması

YOSEPT 1% məhlul 120 ml flakonda. Flakon, ölçü stəkanı və içlik vərəqə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti

250C-dən aşağı temperaturda, qutuda olmaq şərtilə quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

GÖZLƏNİLMƏZ EFFEKTLƏR MEYDANA ÇIXARSA HƏKİMƏ MÜRACİƏT EDİN.

Yaraliliq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İSTEHSALÇI:

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə