SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

triaks2.jpg
  •  

  •  

  •  

  •  

Yosept 10%

yosept2

Dərman vasitəsinin istifadəsi üzrə təlimat

YOSEPT 10% 

Tərkibi:

Məhlulun 1 ml-də 100 mq povinilpirrolidon- yod kompleksi var, bu da 10 mq aktiv yoda muvafiqdir.

Köməkçi maddələr: ikiəsaslı anhidrik natrium fosfat, qliserin, nonoksinol 10, limon turşusu, distillə suyu.

Farmakoterapevtik qrupu

Xaricə və yerli istifadə üçün geniş təsir spektrli dezinfeksiyaedici məhlul.

Farmakoloji  xüsusiyyətləri

YOSEPT  yodun polivinilpirrolidon ilə kompleks birləşməsindən ibarətdir.YOSEPT geniş təsir spektrinə malikdir: qram+ və qram- bakteriyalara, göbələk, vərəm mikobakteriyalarına, viruslar və ibtidailərə qarşı fəalliq göstərir. Preparatın bu xüsusiyyətləri  polivinilpirrolidon-yod kompleksindən  azad olan elementar yod sayəsindədir. Yod hüceyrə zülallarının amin qrupları ilə birləşərək yodaminlər əmələ gətirir. Bu zaman zülallar koaqulyasiya olunur, hüceyrələr isə məhv olur. Dəri və selikli qişalar ilə təmasda olduqda yod kompleksindən tədricən azad olaraq mikroorqanizimlərə qarşı bakterisid təsir göstərir. Preperatın effekti dərhal- adətən 15-60 saniyə ərzində müşahidə olunur. Polivinilpirrolidon-yodun adətən istifadə olduğu nahiyədə əmələ gələn nazik, rəngli, təbəqə yodun bütün miqdarı azad olunana qədər saxlanılır. Bundan sonra preparatın təsiri tamamlanır.

İstifadəsinə göstərişlər

- cərrahların və tibbi personalın əllərinin cərrahi əməliyyatdan əvvəl və sonra işlənməsi;

- cərrahi müdaxilə sahəsinin cərrahi əməliyyatdan əvvəl və sonra işlənməsi;

- dərinin infeksiyalaşmış zədələnmələrinin (yaralar, yanıqlar, xoralar, sıyrıqlar, yataq yaraları) işlənməsi;

- punksiyadan, qanalmadan, transfuziyadan, infuziyadan, inyeksiyadan və biopsiyadan əvvəl dərinin işlənməsi;

- yoluxmuş xəstələrə qulluq zamanı əllərin, xəstələrə qulluq əşyalarının və alətlərin gigiyenik işlənməsi;

- yara səthlərinin infeksiyalaşmasının qarşısının alınması;

- dərinin bakterial, göbələk və virus mənşəli zədələnmələri;

- stomatoloji manipulyasiyalardan əvvəl və sonra ağız boşluğunun dezinfeksiyası üçün;

- “kiçik” ginekoloji əməliyyatlar zamanı (hamiləliyin süni pozulması, uşaqlıqdaxili vasitələrin yerildilməsi, eroziya və poliplərin koaqulyasiyası və s.) və doguş yollarının  dezinfeksiyası məqsədilə;

- selikli qişaların dezinfeksiyası üçün.

Əks göstərişlər

Yoda qarşı yüksək həssaslıq, hipertireoz.

İstifadə qaydası və dozası

Preparatın istifadəsindən əvvəl onu sınaqdan keçirmək zəruridir. Bu məqsədlə  dəridə məhlulun bir damcısını tətbiq edib  30 dəqiqə gözləmək lazımdır. Allergik reaksiyalar müşahidə olunduqda preparatın istifadəsini kəsmək lazımdır.

Məhlulu həll etmədən və ya müxtəlif nisbətdə (1:20, 1:10, 1:100) su ilə həll edilmiş məhlul şəklində istifadə etmək olar.

Əlların işlənməsi üçün 5 ml YOSEPT məhlulun ovucun içinə tökülür və 5 dəqiqə müddətində əllər dırsəyə qədər sürtülür (köpük əmələ gəlməsi üçün su əlavə etmək olar), sonra təmiz yuyulur.

Prosedura təkrar olunur.

Kiçik yaraların, sıyrıqların, yanıqların və s. punksiya, qanalma, transfuziya, infuziya, infeksiya və biopsiyadan əvvəl dərinin işlənməsi üçün məhlul həll edilmədən 1-2 dəq. ekspozisiya ilə istifadə olunur.

Dərinin irinli xəstəlikləri, civzəli səpgi zamanı dəri həll edilməmiş  məhlulda və ya 1:2 (5%) həll edilmiş məhlulda islanmış tampon ilə işlənilir.

Stomatoloji manipulyasiyadan əvvəl və sonra ağız boşluğunun dezinfeksiyası üçün 1:10 (1%) həll edilmış məhluldan istifadə olunur.

Cərrahi müdaxilə sahəsinin işlənməsi üçün məhlul həll olunmadan 2 dəqiqəlik ekspozisiya ilə istifadə olunur, xəstələrin cərrahiyyədən əvvəl “dezinfeksiyaedici işlənməsi”  1:100-1:200 (0,1-0,05%) həll edilmiş məhlulda isladılmış süngər sürtməklə həyata keçirilir.

İnvaziv manıpulyasiyalardan sonra fəsadların profilaktika və müalicəsi, yaraların aseptik işlənməsı və fəsadların müalicəsi  həll edilməmiş və ya 1:2 (5%) həll edilmiş məhlulla həyata keçirilir.

Yanıqların müalicəsində bilavasitə yanıq səthinə həll edilməməmış və yaranın vəziyyətindən asılı olaraq 1:2-1:10 (5-1%) həll edilmiş məhluldan istifadə edilir, sarğı materialı həll edilməmış məhlula hopdurulur.

Seroz boşluqların (qarın, plevral), oynaq boşluqlarının yuyulması 1:10-1:100 (1%-0,1%) həll edilmiş məhlulla həyata keçirilir.

Parenximatoz orqanlarda kistaların cərrahi müalicəsi zamanı sklerozlaşdırıcı vasitə kimi həll edilməmiş məhluldan istifadə olunur.

Transplantologiya, oftalmologiyada donor orqan və toxumaların işlənməsi üçün 1:10-1:2 (1-5%) həll edilmiş məhluldan istifadə olunur.

“Kiçik” ginekoloji müdaxilələr zamanı (hamiləliyin süni pozulması, uşaqlıqdaxili vasitələrin yeridiliməsi, eroziya və poliplərin koaqulyasiyası və s.) və doğuş yollarının dezinfeksiyası üçün 1:10 (1%) həll edilmiş məhlulundan istifadə olunur.

Virus zədələnmələrində (dəridə herpetik səpgilər, papilomalar) həll edilməmiş məhluldan istifadə olunur. Yodun korroziv təsirini nəzərə alaraq yalnız plastik materiallardan hazırlanmış məmulatların, xromonikel və ya molibden örtüyü olan metal avadanlıqların işlənməsində istifadə olunur.

Doza artıq olarsa

Məhlul xarıcə tətbiq üçün nəzərdə tutulub. Məqsədli və ya təsadüfi olaraq daxilə istifadə edildikdə kəskin zəhərlənmə mümkündür, bu da mədə-bağırsaq sistemi tərəfindən ağızda metallik tam, qusma, ishal, epiqastral nahiyədə ağrılar ilə özünü büruzə verir. Belə hallarda mədəni yumaq və müvafiq müalicə tədbirləri aparmaq lazımdır. Yodun spesifik antidotu natrium tiosulfatdır.Yodu neytrallaşdırmaq məqsədilə daxilə 100 ml 5% natrium tiosulfat məhlulu verilir.

Xüsusi göstərişlər və təhlükəsizlik tədbirləri

Geniş yara səthində preparatın istifadəsi məsləhət deyil, böyuk miqadarda yodun sorulmasına səbəb olur.

Hamilələrdə və zahılarda uzun müddət istifadə etmək məsləhət görülmür. Hamiləlik zamanı vaginitlərin müalicəsi məqsədilə istifadə olunması yodun qana sorulması və cift baryerindən keçməsinə səbəb ola bilər.

Yarımçıqdoğulmuşlarda istifadəsi məsləhət görülmür.

Paltar YOSEPT məhlulu ilə çirkləndikdə ləkələr ilıq su ilə aradan qaldırılır, daha çox çirklənmə zamanı tiosulfat natrium məhlulundan istifadə olunur.

Daxilə tətbiq olunmamalıdır!

Əlavə təsirləri

Yoda qarşı həssas olan şəxslərdə allergik reaksiyalar mümkündür.

Buraxılış forması

YOSEPT 10% məhlul 100 ml flakonlarda buraxılır, 1 flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti

Qutuda olmaq şərtilə, quru, işıq düşməyən və uşaqlar üçün əlçatmaz yerdə, 25°C –dən aşağı temperatur şəraitində saxlamaq lazımdır.

GÖZLƏNİLMƏZ EFFEKTLƏR MEYDANA ÇIXARSA HƏKİMƏ MÜRACİƏT EDİN.

Yararlılıq müddəti:

Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə