SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

azolin.jpg
  •  

  •  

  •  

  •  

Azolin

azolin

Dərman vasitəsinin istifadəsi üzrə təlimat

AZOLİN

Tərkibi:

Təsiredici maddə: Hər bir flakonda 1 q sefazolin natrium var.

Köməkçi maddə: lidokain hidroxlorid 0,5 % 5 ml.

Farmakoloji xüsusiyyətləri:

Yarımsintetik sefalosporin olub, geniş təsir spektrinə malikdir. Təsir mexanizmi hüceyrə membranı sintezinin tormozlanmasına əsaslanır və hüceyrə divarından hüceyrələrin zədələnmə və məhv olmasına səbəb olan autolitik fermentlər azad olunur. Əksər mikroorqanizmlərə qarşı aktivlik göstərir: qrammüsbət – Streptococcus pneumoniae, Streptococcus pyogenes, Streptococcus haemolyticus (A qrupu), Staphylococcus aureus, o cümlədən, penisillinaza hasil edən ştammlar, Staphylococcus epidermidis (metisillinə rezistent ştammlar istisna olmaqla), qrammənfi mikroorqanizmlər Escherichia coli, Klebsiella spp., Proteus mirabilis, Haemophilus influenzae və anaerob kokklar Peptococcus, Peptostreptococcus (B. Fragilis istisna olmaqla).  Ə/d yeritdikdən sonra maksimal konsentrasiyası 1 saatdan sonra yaranır və 37-64 mkq/ml təşkil edir. Yarımxaricolma müddəti 2 saat təşkil edir. 85% sefazolin qan plazmasının zülalları ilə birləşir. 80% Sefazolin sidiklə dəyişilməmiş  halda xaric olunur. Plasentar baryerden asanlıqla keçmir. HEB-i keçmir. Sümük toxumasına, astitik mayeyə, plevral və sinovial mayelərə sirayət  edir.

Göstərişlər:

AZOLİN sefazolinə həssas mikroorqanizmlər tərəfindən törədilmiş infeksion-iltihabi xəstəliklər zamanı təyin olunur.

LOR-orqanları infeksiyaları.

Aşağı tənəffüs yollarının infeksiyaları.

Septisemiya və yarımkəskin bakterial endokardit.

Ödçıxarıcı yolların infeksion xəstəlikləri.

Sidik-cinsiyyət sisteminin infeksiyaları, o cümlədən, prostatit, epididimit və s.

Dəri və yumşaq toxumaların infeksiyaları.

Sümük və oynaq infeksiyaları.

Perioperasion profilaktika.

Əks göstərişlər:

Sefalosporinlərə və lidokainə qarşı yüksək həssaslıq.  

Xüsusi göstərişlər və təhlükəsizlik tədbirləri:

Böyrək funksiyalarının pozulması zamanı ehtiyatla tətbiq olunmalıdır. Penisilinlərə qarçı həssas olan şəxslərdə sefalosporinlərə qarşı çarpaz həssaslığın olması barədə məlumdur. Buna görə də AZOLİNi istifadə etdikdən əvvəl xəstədə penisillin, sefalosporin və digər allergenlərə qarşı həssaslığın olması haqqında ətraflı məlumat toplamaq zəruridir. AZOLİN bütün antibakterial maddələr kimi psevdomembranoz kolit törədə bilər. Psevdomembranoz kolitin yüngül formaları adətən preparatın kəsilməsi ilə aradan götürülür. Yarımçıqdoğulmuş və yenidoğulmuşlarda təhlükəsizlik və effektivliyi öyrənilməyib. Hamiləlik və laktasiya dövründə tətbiqi yalnız o zaman məqsədə uyğundur ki, anaya göstərilən fayda döl və uşağa göstərilən potensial riskdən üstündür.

Əlavə təsirləri:

MBS tərəfindən: nadir hallarda diareya, ürəkbulanma, qusma, ağız boşluğu kandidozu, psevdomembranoz kolit, ALT, AST və qələvi fosfatazının səviyyəsinin tranzitor olaraq artması.

Allergik reaksiyalar: səpgi, qaşınma, temperaturun yüksəlməsi, anafilaksiya, eozinofilliya, Stivenson-Conson sindromu.

Qan sistemi tərəfindən: neytropeniya, leykopeniya, trombositopeniya.

Yerli reaksiyalar: nadir hallarda inyeksiya nahiyəsində bərkimə müşahidə oluna bilər.

Digərləri: genital və anus nahiyəsində qaşınma (o cümlədən vaginal monilioz, vaginit).

Qarşılıqlı təsiri:

Aminoqlikozidlərlə birgə istifadəsi nefrotoksikliyi artırır. Xloramfenikol sefazolinin antibakterial aktivliyini azaldır. Laborator testlərə təsiri. AZOLİNin istifadəsi zamanı sidikdə qlükozanı təyin edən testlərin nəticələri aldadıcı müsbət ola bilər.  

Dozalanma və tətbiq qaydaları:

Yeridildikdən əvvəl AZOLİN 4-5 ml 0,5% lidokain hidroxlorid məhlulunda həll olunur. Hazırlanmış məhlul ə/d yeridilmə üçün nəzərdə tutulub. Vena daxilinə şırnaqla yeritmək üçün flakonun içindəki toz 10 ml natrium xloridin izotonik məhlulunda həll edilir və 3-5 dəqiqə  müddətində yeridilir. Vena daxilinə damcı üsulu ilə yeritmək üçün flakonun içindəki toz 50-100 ml 5% qlükoza məhlulunda və ya natrium xloridin izotonik məhlulunda həll edilir və 20-30 dəqiqə müddətində yeridilir.

Böyüklər üçün məsləhət görülən dozalar.

Orta və ağır infeksiyalar zamanı 500 mq-1 q hər 6-8 saatdan bir qrammüsbət kokklar tərəfindən törənən yüngül infeksiyalar zamanı 250-500 mq hər 8 saatdan bir  ağır , həyatı təhlükəli  xəstəliklər (sepsis, endokardit) 1-1,5 q hər 6 saatdan bir perioperasion profilaktika üçün AZOLİN aşağıda göstərilən dozalarda yeridilir:

1. Cərrahi əməliyyatdan 1/2-1 saat əvvəl 1 q və sonra 24 saat ərzində hər 6-8 saatdan bir 500 mq-1 q ə/d.

2. Uzunmüddətli cərrahi əməliyyatlar zamanı (2 saat və daha da artıq)- əməliyyat zamanı 500 mq 1 q ə/d  yeridilir.

Geniş cərrahi əməliyyatlar zamanı AZOLİN əməliyyatlan daha 3 gün sonra müddətində yeridilir.

Böyrək funksiyası pozulmuş hallarda dozalanma rejimi.

Pediatriya dozaları.

Uşaqlara adətən 25-50 mq/kq/sut. Dozada 3-4 yeridilməyə bölünərək təyin olunur. Ağır infeksiyalar zamanı sutkalıq dozanı 100 mq/kq kimi artırmaq olar. Yarımçıqdoğulmuşlarda və 1 ayına kimi uşaqlarda istifadəsinin effektivliyi və təhlükəsizliyi haqda məlumat olmadığından AZOLİNi təyin etmək məsləhət görülmür.

Saxlanma şəraiti:

Qutuda olmaq şərtilə quru, işıqdan kənar və uşaqlar üçün əlçatmaz yerdə, 25°C-dən aşağı temperatur şəraitində saxlanılmalıdır.

Buraxılış şərti:

Həkim respeti əsasında.

Buraxılış forması:

AZOLİN inyeksiya üçün toz 1 q flakonda №1 və  5 ml  0,5% lidokain hidroxlorid ampulda №1.

İstehsalçı:

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə