SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

vishnevski.jpg
  •  

  •  

  •  

  •  

Beqamma inyeksiya məhlulu

beqamma

Dərman vasitəsinin istifadəsi üzrə təlimat

BEQAMMA inyeksiya üçün məhlul

(Vitamin B kompleksi)

Tərkibi:

Təsiredici maddə: Tiamin hidroxlorid 10 mq

Nikotinamid                    40 mq

Riboflavin fosfat               4 mq

Piridoksin hidroxlorid       4 mq

Dekspantenol                    6 mq

Sianokobalamin               8 mkq

Köməkçi maddələr: Metilparaben, inyeksiya üçün su 

Farmakoloji xwsusiyyətləri

Tərkibində B qrupu vitaminləri olan kombinəolunmuş preparatdır.Vitamin B1 (tiamin) orqanizmdə fosforlaşma prosesi nəticəsində kokarboksilazaya çevrilir və bir sıra ferment reaksiyalarında koferment kimi iştirak edir. Tiamin karbohidrat, zülal və yağ mübadiləsində əsas rol oynayır. Sinapslarda impulsun ötürülməsində aktiv iştirak edir. Vitamin PP (nikotinamid) toxuma tənəffüsündə, karbohidrat və yağ mübadiləsində iştirak edir. Riboflavin hüceyrə tənəffüsündə katalizatordur. Vitamin B6 (piridoksin) mərkəzi və periferik sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. Fosforlaşmış formada aminturşuların metabolizmində koferment kimi iştirak edir. Neyromediatorların (dopamin, noradrenalin, adrenalin, serotonin, histamin və qamma aminoyağ turşusu) biosintezində iştirak edir.

Dekspantenol pantoten turşusunun törəməsidir. Turşu və oksidləşmə proseslərində, karbohidrat, yağ mübadiləsində, asetilxolin, kortikosteroid, porfirin sintezində vacib rol oynayır. Epitel toxumasının əmələ gəlməsinə və funksional fəaliyyətinə təsir göstərir. Vitamin B12 (sianokobalamin) normal qan əmələgəlmə və eritrositlərin yetişməsi üçün vacibdir, eyni zamanda orqanizmdə bir sıra biokimyəvi reaksiyalarda nuklein turşularının sintezi üçün metil qruplarının daşınmasında, zülal, aminturşu, karbohidrat, lipid sintezində iştirak edir. Sinir sistemində gedən proseslərə təsir göstərir.

Farmakokinetikası

Preparatın tərkib hissələri suda həll olan vitaminlər olduğu üçün onların orqanizmdə kumulyasiyası mümkün deyil. Beqamma preparatın göstərdiyi təsir kombinə olunmuş təsirdir. Ona görə də onun ayrı-ayrı tərkib hissələrinin kinetik tədqiqatı mümkün deyil.

İstifadəsinə göstərişlər

Nevrit və nevralgiyalar;

Üçlü sinirin nevralgiyası;

Üz sinirinin parezi;

İşiaz;

Lyumbaqo;

Pleksitlər;

Qabırğaarası nevralgiyalar;

Müxtəlif etiologiyalı nevralgiyalar;

Polinevritlər;

Onurğadakı degenerativ dəyişikliklərlə bağlı olan sindromlarda;

Bütün növ periferik ağrılarda;

Mədə və onikibarmaq bağırsaq xorasında;

Psoriaz, ekzema, neyrodermitlərdə, hamiləlik toksikozu, müxtəlif mənşəli anemiya.

Əks göstərişlər

Preparatın tərkibindəkilərə qarşı yüksək həssaslıq olduqda 

İstifadə qaydası və dozası

Fərdidir. Günaşırı 2 ml (1 ampul) əzələdaxili və ya venadaxili yeridilir.

Əlavə təsirləri

Məsləhət görülən dozalarda istifadə etdikdə əlavə təsiri az hallarda mümkündür. Qusma, taxikardiya, qaşınma və övrə şəkilli ötəri reaksiyalar ola bilər.

Buraxılış forması

Qutuda 2 ml-lik 5 ampul içlik vərəqə ilə birgə yerləşdirilir.

Saxlanma şəraiti

Otaq temperaturunda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Həkim resepti əsasında.

İstehsalçı:

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə