SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

normolakt.jpg
  •  

  •  

  •  

  •  

Kalsiqon

kalsiqon

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

KALSİQON inyeksiya üçün məhlul  

TƏRKİBİ

Təsiredici maddə: Hər 10 ml inyeksiya üçün məhlulun tərkibində 1,0 q kalsium-qlükonat vardır.

Köməkçi maddələr: kalsium saxarat, natrium hidroksid və ya xlorid turşusu, inyeksiya üçün su.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ

Kalsium mikroelement olaraq sümük toxumalarının formalaşmasında, qanın laxtalanmasında, ürəyin stabil fəaliyyətinin tənzimlənməsində, sinir impulslarının ötürülməsində iştirak edir. Əzələ distrofiyası, miasteniya zamanı əzələ təqəllüsünü yaxşılaşdırır, damarların keçiriciliyini aşağı salır. Kalsium-qlükonat kalsium xloriddən fərqli olaraq zəif yerli qıcıqlandırıcı təsirə malikdir, bununla əlaqədar onu həm əzlədaxili, həm də dərialtına təyin etmək olar. Kalsium-qlükonat hipokalsemiyanın aradan götürməklə yanaşı allergiya, iltihab əleyhinə və qankəsici təsir göstərir. Vena daxilinə yeridildikdə kalsium simpatik sinir sistemini həyacanlandırır və böyrəküstü vəzi tərəfindən adrenalinin ifrazını artırır, zəif diuretik təsir göstərir. Parenteral yeridildikdən sonra preparat qan dövranı ilə bütün toxumalara və orqanlara bərabər paylanır. Qanın plazmasında kalsium ionogen şəkildə olur. Plasentar baryerdən keçir, ana südündə müşahidə olunur. Orqanizmdən əsasən böyrəklərlə xaric olur.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR

Müxtəlif mənşəli hipokalsiemiya, hipoparatireoz, parenximatoz hepatit, qaraciyərin toksiki zədələnmələri, nefrit, eklampsiya, paroksizmal mioplegiyanın hiperkaliemik forması, iltihab və ekssudativ proseslər, dəri xəstəlikləri, orqanizmdən kalsiumun intensiv xaric olmasında (məsələn uzun müddətli su itkiləri) istifadə olunur. Allergik xəstəliklər və dərman allergiyası zamanı əlavə vasitə kimi təyin edilir. Əlavə hemostatik vasitə kimi ağ ciyər, mədə-bağırsaq, burun və uşaqlıq qanaxmaları zamanı istifadə edilir. Maqnezium duzları, oksalat turşusu və onun həll olan duzları ilə zəhərlənmələr zamanı antidot kimi təyin olunur.

ƏKS GÖSTƏRİŞLƏR

Hiperkalsiemiya, ağır hiperkalsiuriya, ağır böyrək çatışmazlığı, trombozlara meyllilik, kalsium qlükonata yüksək həssaslıq, ateroskleroz, qanın laxtalanmasının artması.

XÜSUSİ GÖSTƏRİŞLƏR

Zəif hiperkalsiuriyalı, anamnezində yüngül börək çatışmazlığı və ya böyrəkdaşı olan xəstələrdə ehtiyatla təyin olunur. Belə vəziyyətlərdə kalsiumun sidiklə ekskreksiyasını mütəmadi olaraq nəzarətdə saxlamaq lazımdır. Sidik daşı əmələ gəlməyə meyilli olan xəstələrdə qəbul olunan mayenin miqdarını artırmaq lazımdır.

Uşaqlara əzələ daxili təyin olunması məsləhət görülmür.

Kalsium-qlükonatın kalsium kanallarının blokatorları ilə birgə istifadəsi sonuncuların təsirini aşağı salır. Kalsium qlükonatın verapamilin qəbulundan əvvəl və ya sonra venadaxili yeridilməsi onun hipotenziv təsirini azaldır, ancaq antiartimik təsirini dəyişmir.

Kolestiraminin təsiri nəticəsində kalsiumun MBT-dən absorbsiyası aşağı düşür. Xinidinlə birgə qəbulu zamanı mədəcikdaxili keçiriciliyi aşağı düşməsi və xinidinin toksiki təsirinin artması müşahidə  oluna bilər. Ürək qlikozidləri ilə müalicənin aparılması zamanı kalsium-qlükonatın qəbulu məsləhət görülmür, çünki, bu zaman kardiotoksik təsir arta bilər.

İSTİFADƏ QAYDASI VƏ DOZASI

Uşaqlara yaşdan asılı olaraq 1 ml-dən 5 ml-dək hər 2-3 gündən bir olmaqla venadaxili təyin olunur (istifadədən əvvəl ampulu bədən temperaturuna qədər isidirlər). Böyüklərə göstərişlərdən asılı olaraq 5-10 ml gündə, günaşırı və ya 2 gündən bir venadaxili və ya əzələdaxili təyin edirlər. Uşaqlarda nekrozun əmələgəlmə ehtimalına görə əzələ daxilinə təyin edilmir. Böyüklərə və uşaqlara preparatı tədricən, 2-3 dəqiqə ərzində yeridirlər.

ƏLAVƏ TƏSİRLƏRİ 

Ürəkbulanma, qusma, diareya, bradikardiya, ağızda yanma hissi. Əzələdaxili yeridildikdə nekrozun olması mümkündür.

BURAXILIŞ FORMASI:

Qutuda 10 ml-lik 5 ampul içlik vərəqi ilə birgə karton qutuya yerləşdirilir.

SAXLANILMA ŞƏRAİTİ:

20°C-dən yuxarı olmayan temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

YARARLILIQ MÜDDƏTİ

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

APTEKDƏN BURAXILMA ŞƏRTİ

Həkim resepti ilə buraxılır.

İSTEHSALÇI:

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə