SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

revmotak.jpg
  •  

  •  

  •  

  •  

Revmotak

revmotak

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

REVMOTAK inyeksiya üçün məhlul  

Beynəlxalq patentləşdirilməmiş adı: Diklofenak natrium

Tərkibi

Təsiredici maddə : Bir ampulun tərkibində 75 mq Diklofenak natrium vardır.  

Köməkçi maddələr: Propilenqlikol, benzil spirti, mannitol, natrium metabisulfid, natrium hidroksid, inyeksiya üçün su.

Farmakoloji xüsusiyyətləri  

Qeyri-steroid iltihab əleyhinə vasitə olub fenilsirkə turşusunun törəməsidir. Güclü iltihab  əleyhinə, ağrıkəsici və zəif hərarətsalıcı təsir göstərir. Preparatın təsir mexanizminin əsasında iltihab, ağrı və qızdırma zamanı mühüm rol oynayan prostoqlandinlərin biosintezinin blokada olunması durur. Ağrıkəsici təsiri iki mexanizmlə: periferik (prostaqlandilərin sintezinə təsir etməklə) və mərkəzi (prostaqlandinlərin mərkəzi və periferik sinir sistemində sintezinin blokada olunması ilə) mexanizmlərlə baş verir. Proteoqlikanların qığırdaq toxumasında sintezini blokada edir. Trombositlərin aqreqasiyasını azaldır. Revmotak ağrının intensivliyini (sakitlik və ya hərəkət zamanı olan ağrıların), səhər "buxovlanması"nı, oynaqların şişkinləşməsini nəzərə çarpacaq dərəcədə azaltmaqla xəstənin funksional vəziyyətini yaxşılaşdırır.

Farmakokinetikası

Birdəfəlik olmaqla 75 mq dozada ə/d yeridildikdə

Qanda Cmax

20 dəq. və 8 mkmol/l

T1/2

Sinovial mayelərdən 3-6 saata

T1/2

Plazmadan 1-2 saata

Kumulyasiya

---

Plazmatik zülallarla birləşmə

99,7%

Metabolizm

50% qaraciyər

Eliminasiya yolu

Sidik və ödlə

Tablet şəklində 50 mq dozada (birdəfəlik) daxilə qəbuldan sonra

Peroral absorbsiya

Tez və bütünlüklə

Qida qəbulu

Absorbasiya sürətini zəiflədir

Plazmada Cmax

2-4 saata (5 mkmol/l)

T1/2

Sinovial mayelərdən 3-6 saata

T1/2

Plazmadan 1-2 saata

Kumulyasiya

---

Plazmatik zülallarla birləşmə

99,7%

Klirens

263 ml/min

Metabolizm

50% qaraciyər vasitəsilə

Eliminasiya yolu

Sidik və ödlə

İstifadəsinə göstərişlər

OYNAQ SİNDROMU

Spondiloartrit

Osteoartrit

Osteoartroz

Revmatoid artrit

Osteoxondroz

Spondiloartroz

Angilozlaşdırıcı spondilit

YUMŞAQ TOXUMALARIN VƏ OYNAQLARIN POSTTRAVMATİK İLTİHABİ

Dartılmalar

Çıxıqlar

Əzilmələr

AĞRI SİNDROMU

Fəqərə ağrısı

Nevralgiya

Mialgiya

Artralgiya

Alqodismenoreya

Miqren

Adneksit

Proktit

Podaqra tutmaları

Böyrək və öd sancıları

* Böyrək və öd sancıları ancaq inyeksiya vasitəsilə aradan qaldırılır.

Əks göstərişlər

Mədə-bağırsaq yolunun eroziv-xoralı zədələnməsi (kəskinləşmə fəzası), qanyaranmanın pozulması, diklofenaka və ya digər qeyri-steroid iltihab əleyhinə vasitələrə hiperhəssaslığın olması, anamnezində bronxial astma tutmalarının olması. 18 yaşadək uşaqlar və yeniyetmələr (ancaq inyeksion forma).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın təsiri öyrənilməmişdir.  

Xüsusi göstərişlər  

Anamnezində bronxial astma, arterial hipertoniya, ürək çatışmamazlığı, qaraciyər, böyrək və mədə-bağırsaq yolu xəstəliyi olanlar preparatı ehtiyatla qəbul etməlidirlər. Revmotakın gözə və ya selikli qişalara düşməsindən qorunmaq lazımdır. Preparatla sistematik müalicə aparıldıqda alkoqoldan istifadə etmək məsləhət görülmür. 6 yaşadək uşaqlara revmotakı qəbul etmək olmaz.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Revmotakı kaliumqoruyucu diuretiklərlə birlikdə istifadə etdikdə qanda kaliumun səviyyəsinin artması,"ilgək" diuretikləri ilə birgə işləndikdə isə diuretik effektin azalması müşahidə olunur. Digər qeyri-steroid iltihab əleyhinə vasitələr-əlavə təsirlərin olması ehtimalını artırır. Revmotakla eyni vaxtda diqoksinin və litium preparatlarının qəbulu onların qanda səviyyəsinin artmasına səbəb ola bilər.

İstifadə qaydası və dozası

Preparatın qəbuluna yaxşı olar ki, xəstəliyin ilkin simptomları başlandığı vaxtdan mümkün qədər tez başlanılsın. Preparatın qəbulu bir neçə güm davam edir və ya simptomların reqressiyasının dinamikasından asılı olur. Revmotak tabletləri çeynənilmədən və bir qədər su ilə daxilə qəbul edilir (yeməkdən əvvəl). 6 yaşdan yuxarı uşaqlarda və yeniyetmələrdə günlük doza 2 mq/kq təşkil edir, böyüklər üçün birdəfəlik doza 25-50 mq (2-3 dəfə/gün) təşkil edir. Maksimal doza: böyüklər üçün -150mq/gün. İnyeksiya üçün revmotak məhlulu 1 ampul sağrı əzələsinin yuxarı-bayır kvadratına yeridilir (1 ampul/gün). Ehtiyac olduqda revmotak inyeksiyası ilə müalicəni onun tabletləri ilə davam etdirirlər.

Doza həddinin aşılması

Bu zaman mədəni yumaq, aktivləşdirilmiş kömür təyin etmək, həmçinin, simptomatik müalicə aparmaq lazımdır.

Əlavə təsirləri  

Allergik reaksiyalar (dəri səpgisi, qaşınma), ürək bulanma, anoreksiya, meteorizm, diareya; xüsusi hallarda - eroziv-xoralı zədələnmə, nadir hallarda-baş ağrısı, yuxusuzluq, yorğunluq hissi, anemiya, trombositopeniya, böyrək və ya qaraciyər funksiyasının pozulması (qanda transaminazaların aktivliyinin tranzitor artması və yerli reaksiyalar; ə/d yeridilmiş nahiyədə göynəmə və s. halların əmələ gəlməsi mümkündür.

Buraxılış forması

İnyeksiya üçün məhlul 75 mq/3 ml-lik ampulda. 5 ampul içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanılma şəraiti 

Qaranlıq, sərin və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Həkim resepti əsasında.

İstehsalçılar:  

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə