SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

rezorsin.jpg
  •  

  •  

  •  

  •  

Siano 1000

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

SİANO 1000 inyeksiya üçün məhlul

Tərkibi  

Təsiredici maddə: 1 ml preparatın tərkibində 1000 mkq sianokobalamin vardır.

Köməkçi maddələr: natrium asetat trihidrat, buzlu asetat turşusu, inyeksiya üçün su.  

Farmakoloji xüsusiyyətləri  

Siano-1000 suda həll olan vitaminlər qrupuna daxildir (hidrofildir). Orqanizmdə sianokobalamin B12-nin aktiv forması olan iki kofermentə - adenozilkobalaminə və ya kobamamidə çevrilir. Sonuncular daha aktiv olub labil metil qruplarının sintezində və metionin, nuklein turşuları, xolin və kreatinin əmələ gəlməsində, sulfhidril qruplarının, əsasən qlutationun reduksiya olunmasında iştirak edir (qlutation-eritrositlərin normal yetişməsini təmin edir. Qaraciyər və sinir sisteminin funksiyasına müsbət təsir göstərir). Siano-1000 mielin toxumasının lipoproteidlərinin sintezi üçün lazım olan fermentlərin yaranmasında iştirak edir. Xroniki və kəskin hipoksiya vəziyyətində oksigenə olan təlabatı artırır. Nuklein turşularının, zülalların sintezində təsir etməklə anabolik təsir göstərir. Ona görə də sianokobalamin çatışmamazlığı demək olar ki, bütün hüceyrələrdə baş verən qüsurlu DNT sintezinə səbəb olur (xromosom replikasiyasının pozulması). Tromboplastin və protrombinin aktivliyini artırmaqla qanın laxtalanma sistemini aktivləşdirir. Siano-1000 nəzərə çarpacaq dərəcədə lipotrop təsir göstərməklə qaraciyərin piy infiltrasiyasının qarşısını alır və xolesterinin qanda səviyyəsinin bir qədər azaltmaqla lesitinxolesterin indeksini artırır. Siano-1000 həmçinin retikuloendotelial sisteminin fəaliyyətini aktivləşdirməklə leykositlərin faqositar aktivliyini artırır.

Farmakokinetikası

T1/2 qan plazmasında......................5-14 gün

T1/2 qaraciyərdə.............................12 ay

Sorulması.......................................tez və yaxşı

Cmax 1 saata

Eliminasiya yolu..............................əsasən böyrəklərlə

Birləşməsi.......................................transkobalamin 1 və 2 ilə 

 (plazma zülalları ilə)

Depolaşma yeri..............................əsasən qaraciyərdə

Plazmada konsentrasiya.................200-400 pq/ml

İstifadəsinə göstərişlər

B12 çatışmamazlığı ilə əlaqədar yaranan meqaloblast və makrositar anemiya: Qidada B12-nin çatışmamazlığı, pernisioz anemiya, funiklyar mieloz, daxili faktor hasilınin pozulması (genetik-metilmalonasiduriya, transkobalamin-2-nin çatışmamazlığı və qazanılmış-qastroektomiyadan sonra, mədə polipozu, xronik alkoqol intoksiyası zamanı mədənin selikli qişasının toksiki zədələnməsi, mədənin axiliyası (o cümlədən, Autoimmun atrofik qastrit), spru, terminal ileit (Kroun xəstəliyi), vərəm enteriti, pellaqra zamanı yaranan malabsorbsiya sindromu), “kor ilgək” sindromu, enteroanostomoz və ya helmintlər nəticəsində artmış bağırsaq mikroflorası tərəfindən B12-nin rəqabət prinsipi özrə mənimsənilməsinin sürətlənməsi və s. Həmçinin, Siano-1000 orqanizmdə B12-nin çatışmamazlığı ilə əlaqədar olmayan digər xəstəliklər zamanı da təyin edilir (kompleks müalicənin tərkibində): Yan amiotrofik skleroz, ensefalomielit, serebral formalı paraliclər və digər paralitik sindromlar, polinevrit, üçlü sinirin nevralgiyası, kauzalgiya, alkoqol deliriy, uşaq serebral paralic, Daun xəstəliyi, nevra- və psixasteniya, depressiya, miqren, psoriaz, fotodermatoz, herpetiformalı dermatit, neyrodermatitlər. Nevralgiyalar, periferik sinir sisteminin və sümüklərin müxtəlif travmatik zədələnmələri (o cüm. Fəqərəarası diskin müxtılif hissələrinin zədələnməsi), miokardın qeyri-koranorogen iltihabi və distrofik xəstəlikləri, ateroskleroz, şüa xəstəliyi, qaraciyər xəstəlikləri (Botkin xəstəliyi, hepatitlər, sirrozlar, piy distrofiyaları, sitomeqalovirus hepatiti), dəmir defisitli və posthemorragik anemiyalar, toksiki maddələrin və dərman vasitələrinin təsirindən yaranan aplastik anemiya və s.

Əks göstərişlər

Tromboembolizm, preparata qarşı həssaslıq.

İstifadə qaydası və dozası

B12 çatışmamazlığı zamanı gündəlik və ya 1-2 gündən bir olmaqla -1000 mkq dozada (depo ehtiyatını tamamlamaq üçün); saxlayıcı doza həftədə 1 dəfədən başlayaraq ayda 1 dəfəyədək-1000-2000 mkq dozada; profilaktika məqsədilə -1000 mkq ayda 1 dəfə; mərkəzi sinir sistemi və periferik sinir sistemi zədələndikdə (o cüm. Nevrit, psoriaz) və nevralgiya zamanı xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq -1000 mkq dozada həftədə 2 dəfə və ya 2 gündən 1 və ya hər gün. Periferik sinirlərin travmatik zədələnməsi zamanı -1000 mkq dozada 4-6 gündən bir (40-45 gün); şüa xəstəliyi, diabetik neyropatiya, spru zamanı isə -1000 mkq dozada bir həftədən bir 20-30 gün d/a və ə/d yeridilir. B12-nin metabolizminin genetik pozulması olan uşaqlara isə ilk aylardan başlayaraq -1000-2000 mkq dozada ə/d yeridlir. Müalicənin davam etdirilməsi individual olaraq həkim tərəfindən təyin edilir.

Əlavə təsirləri

Nadir hallarda, övrə şəklində allergik reaksiyalar, sinir oyanıqlığının artması, ürək nahiyəsində ağrılar, taxikardiya meydana çıxa bilər. Belə hallar baş verərsə, preparatın qəbulunu dayandırmaq və digər sianokobalamin qrupundan olan preparatlardan aşağı dozada (15-30 mkq) təyin etmək lazımdır.

Xüsusi göstərişlər  

Stenokardiya zamanı preparatı istifadə etmək məsləhət görülmür. Müalicə müddətində müntəzəm olaraq qanın periferik mənzərəsi və laxtalanmasını nəzarətdə saxlayın. Eritro- və leykositoz meydana çıxdıqda bir qayda olaraq digər aşağı dozalı sianokobalaminlərdən istifadə edilir və ya müvəqqəti olaraq preparatın qəbulunu dayandırırlar. Əgər müalicə dövrü ərzində rəng göstəricisi aşağı düşərsə, həmçinin, hipoxrom anemiyalarda əlavə olaraq dəmir preparatları da təyin olunur (yaxşı olar ki, eyni zamanda 0,1- 0,2 q askorbin turşusu ilə birlikdə). O, həmçinin, göz sinirinin neyropatiyaları zamanı kobalt ionlarının qan plazmasında miqdarının artmış olduğu halda istifadə olunmamalıdır.

Digər dərmanlarla qarşılıqlı təsiri

Eyni şpris ilə sianokobalamin məhlulunu tiamin və piridoksin məhlulları ilə birgə yeritmək məsləhət deyildir, belə ki, sianokobalaminin tərkibindəki kobalt ionları bu maddələri parçalamaq qabiliyyətinə malikdir.

Buraxılış forması

Qutuda inyeksiya üçün məhlul 1000 mkq/1 ml: 5 ampul içlik vərəqə ilə birgə yerləşdirilir.

Saxlanma şəraiti

10-15°C temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yaralılıq müddəti:

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Həkim resepti ilə buraxılır.

İstehsalçı:  

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə