SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

ampisul15.jpg
  •  

  •  

  •  

  •  

Tribemaks

tribemaks

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

TRİBEMAKS inyeksiya üçün məhlul  

Tərkibi

Təsiredici maddələr: hər ampulun (3 ml) tərkibində vardır:

Tiamin-xlorid (vitamin B1)                     100 mq;

Piridoksin-hidroxlorid (vitamin B6)        100 mq;

sianokobalamin (vitamin B12)              1000 mkq.

Köməkçi maddələr: trilon B, tvin-80, natrium xlorid, propandiol, inyeksiya üçün su.

Farmakoloji xüsusiyyətləri

TribeMaks kombinə olunmuş preparatdır, onun farmakoloji təsiri tərkibinə daxil olan komponentlərin kompleks təsiri ilə bağlıdır. B1 vitamini suda həll olan vitaminlərə aid olaraq orqanizmdə karbohidratların, yağların və zülalların mübadiləsində, sinapslarda sinir oyanmalarının ötürülməsində mühüm rol oynayır, miokardiositlərin metabolizmini və yığılma funksiyasınnı yaxşılaşdırır. B6 vitamini triptofanın, metioninin, sisteinin fəaliyyəti üçün vacib maddədir. B12 vitamini normal qanyaranma üçün vacib komponentdir (eritrositlərin əmələgəlməsində iştirak edir). Transmetilləşmə proseslərində, hidrogenin daşınmasında, nuklein turşularının, xolinin, kreatinin əmələ gəlməsində iştirak edir, tərkibində sulfhidril qrupu olan maddələrin eritrositlərdə toplanmasına səbəb olur, qaraciyərin və sinir sisteminin funksiyasına müsbət təsir göstərir, qanın laxtalanma sistemini fəallaşdırır, yüksək dozalarda tromboplastinin və protrombinin fəallığını artırır. Beləliklə, TribeMaks ağrıkəsici təsir göstərir, qan təchizatını yaxşılaşdırır, sinir toxumalarının regenerasiyasını stimulə edir, iltihabəleyhinə təsir göstərir, sinir sisteminin və dayaq-hərəkət aparatının degenrativ xəstəliklərində müsbət təsir göstərir, qanyaranma prosesini normallaşdırır.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR

TribeMaks sinir sisteminin müxtəlif xəstəliklərində istifadə edilir: ağrı sindromu (fəqərə qövslərində, mialgiyalar, kəmərvari herpes), nevritlər və polinevritlər zamanı, həmçinin, retrobulbar nevritdə, periferik ifliclərin müalicəsində, həmçinin, üz sinirinin iflicində, üçlü sinirinin iflicində, üçlü sinirin və qabırğaarası sinirlərin nevralgiyalarının müalicəsində (diabetik, alkoqol və digər neyropatiyaların müalicəsində, MBT xəstəliklərinin müalicəsində (mədə və 12-barmaq bağırsağın xoraları, xroniki qastrit, enterokolit, hepatit), dəri xəstəliklərində (nevrogen mənşəli dermatozlar, neyrodermitlər, piodermiyalar və sair), toksikozunda, mastopatiyalarda istifadə edilir.

ƏKS GÖSTƏRİŞLƏR

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, 2 yaşadək uşaqlar.

İSTİFADƏ QAYDASI VƏ DOZASI

TribeMaks həkim resepti ilə əzələdaxili və ya venadaxili istifadə edilir. 2-7 yaşlı uşaqlara 0,75 ml, 7-12 yaşlı uşaqlara 1,5 ml, 12 yaşdan yuxarı uşaqlar və böyüklərə 3 ml preparat 1 inyeksiya olaraq hər 2-3 gündən bir təyin edilir. Xəstəliyin ağır gedişatında preparat gündə 1 dəfə 1 inyeksiya olaraq təyin olunur.

DOZA HƏDDİNİN AŞILMASI 

Dozadan artıq istifadə zamanı preparatın əlavə təsirlərinin simptomlarının artması müşahidə oluna bilər. Bu zaman simptomatik müalicə təyin olunur.

ƏLAVƏ TƏSİRLƏRİ

Preparatın yüksək dozalarda uzunmüddətli istifadəsi zamanı allergik reaksiyalar və ya preparata qarşı yüksək həssaslığın yaranması müşahidə oluna biər.

BURAXILIŞ FORMASI

İnyeksiya üçün 3 ml-lik 5 ampul içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

SAXLANMA ŞƏRAİTİ

Tribemaks 20ºC-dən aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır. Preparatı dondurmaq olmaz.

APTEKDƏN BURAXILMA ŞƏRTİ

Həkim resepti ilə buraxılır.

YARARLILIQ MÜDDƏTİ

3 il.

Yaralılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

İSTEHSALÇI:

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə