SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

aysef2.jpg
  •  

  •  

  •  

  •  

İnyeksiya üçün su

Dərman vasitəsinin istifadəsi üzrə təlimat

İnyeksiya üçün su

Tərkibi: inyeksiya üçün su

Təsviri: şəffaf, rəngsiz, iysiz, apirogen və steril məhlul

Farmakoloji qrup: həlledici.

Farmakoloji xüsusiyyətləri: İnyeksiya üçün su ilə substrat arasında optimal uyğunluq və effektivliyi təmin etməklə infuzion və inyeksion məhlulların hazırlanmasında istifadə olunur. İnyeksiya üçün su orqanizm toxumaları üçün hipotonik mühitdir, buna görə təmiz halda izotonik məhlullara və inyeksiya üçün su əsasında hazırlanmış məhlullara (parenteral istifadə üçün, göz damcıları və s.) nisbətən güclü qıcıqlandırıcı təsir göstərir. Təmiz inyeksiya üçün suyu venaya yeritdikdə hemoliz yarana bilər, lakin az miqdarda, yavaş yeritdikdə praktiki olaraq belə təsir müşahidə olunmur. Buna görə inyeksiya üçün su ilə hazırlanan preparatların həlledicisi kimi zərərsizdir.

İstifadəsinə göstəriş:

Daşıyıcı və durulaşdırıcı kimi steril infuzion (inyeksion) məhlulların poroşok, liofilizat və konsentratlardan hazırlanmasında. Həmçinin bilavasitə istifadədən əvvəl hazırlanan, dərialtı, əzələdaxili və venadaxili təyin olunan steril məhlulların hazırlanmasında.

Əks göstərişlər:

Əgər dərman vasitəsinin həlledicisi kimi mütləq olaraq digər həlledici göstərilibsə, o zaman, həlledici kimi inyeksiya üçün suyun istifadəsi əks göstərişdir.

İstifadə qaydası və dozalanması:

İnyeksiya üçün sudan istifadə edərək məhlulların hazırlanması steril şəraitdə aparılır (ampul açılır, şprisə doldurulur və dərman vasitəsi olan flakona əlavə edilir). İnyeksiyaların, infuziyaların hazırlanmasında inyeksiya üçün suyun miqdarı dərman vasitəsinin göstərişinə uyğun olaraq təyin olunur. Sutkalıq doza və yeritmə sürəti əlavə olunan dərman vasitəsinin dozalanmasına uyğun olmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Dərman vasitələrinin su ilə uyğunsuzluğu praktiki olaraq müşahidə olunmamışdır, belə ki, əgər dərman vasitəsi ilə uyğunsuzluq varsa, onda orqanizmin su mühiti ilə də uyğunsuzluq olacaqdır. Digər dərman vasitələri ilə qarışdırıqda (infuzion məhlullar, infuziya hazırlamaq üçün konsentratlar, inyeksion məhlullar, inyeksiya hazırlamaq üçün toz və quru maddələr) mütləq vizual kontrol olmalıdır (kimyəvi və terapevtik uyğunsuzluq yerləri müşahidə oluna bilər).

Xüsusi göstərişlər:

İnyeksiya üçün yağlı məhlullar, xaricə yandırma üçün vasitələr su ilə qarışdırılmır. Qatılığı yalnız müəyyən həddə ola bilən vasitələri inyeksiya üçün su ilə yalnız göstərilən həddə durulaşdırırlar. İnyeksiya üçün su birbaşa inyeksiya oluna və ya infuziya halında yeridilə bilməz (hemoliz riski!).

Buraxılış forması:

5 ml, 5 ampul.

Saxlanma şəraiti:

4-25°C temperaturda, donmadan qorumaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.

Yararlılıq müddəti

3 il

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Buraxılış şərti

Həkim resepti əsasında

İstehsalçı:

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə