SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

ankardin3.jpg
  •  

  •  

  •  

  •  

Laboratoriya

“Azərfarm” LTD şirkətinin nəzarət-analitik laboratoriyası 2 hissədən ibarətdir; fiziki-kimyəvi nəzarət və mikrobioloji nəzarət şöbələri.

I hissədə zavoda daxil olan xammal və köməkçi vasitələrin, zavodda istehsal edilən yarımfabrikat və hazır dərman preparatlarının fiziki-

dsc_0085

kimyəvi keyfiyyətinə və texniki göstəricilərinə nəzarət yerinə yetirilir. Keyfiyyətə nəzarət USP, BP, European Pharmacopeia, DF X kimi farmakopeya standartlarına və metodlarına əsaslanaraq və metodların mütəmadi validasiyası aparılmaqla yerinə yetirilir. Laboratoriya Acme 9000 HPLC yüksək effektli maye xromatoqrafı (Younglin instrument), SP8-400 UV/VİS spektrofotomer (Pye Unicam), ERWEKA ZT 3-3 markalı dezinteqrasiya aparatı və s. kimi müxtəlif avadanlıqlarla təchiz edilmişdir. Laboratoriyada xammal və məhsulların fiziki-kimyəvi keyfiyyəti ilə yanaşı, qablaşdırma materiallarının keyfiyyətinə, təhlükəsizliyinə və düzgün tərtibinə daim nəzarət edir.

dsc_0090

 II hissədə istehsalat şöbəsində avadanlıqların, havanın, istehsal edilən dərmanların mikrobioloji təmizliyi, steril dərman formalarının və onların istehsal edildiyi mühitin sterilliyi müvafiq analiz metodları ilə yoxlanılır. İstehsal edilən dərmanların keyfiyyətinin yararlılıq müddəti ərzində stabilliyi, stabillik və sürətləndirilmiş stabillik analizləri ilə mütəmadi yoxlanılır.