SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

genegerchek.jpg
  •  

  •  

  •  

  •  

Bitki mənşəli preparatlar

Şirkətin rəhbərliyi ölkəmizin daxili resurslarının istehsalata tətbiqinə böyük önəm verir. Respublikamızın zəngin florası, təbii ehtiyatları, mineral yataqları və dünyada analoqu olmayan “Naftalan” neftinin 

dsc0169

müalicəvi əhəmiyyəti bu istiqamətdə istehsalı genişləndirməyə və elmi axtarışların məntiqi nəticəsi olaraq istehsalatda tətbiq olunmasına imkanlar yaradır. Ona görə də şirkət rəhbərliyi ölkəmizin bu sahədə tanınmış, aparıcı alimləri ilə xüsusilə də Azərbaycan Tibb Universitetinin “Farmakoqnoziya” kafedrasının görkəmli alimlərinin elmi axtarışlarını daim diqqət mərkəzində saxlayır və sıx əməkdaşlıq edir. Bu gün şirkətdə istehsal olunan bitki mənşəli 10- a yaxın tablet, məlhəm, şərbət və balzam dərman formalı preparatlar sırasında milli alimlərimiz əczaçılıq elmləri doktoru, professor Yusf Balakərim oğlu Kərimovun “Qobustan” balzamı – biostimuləedici vasitə, əczaçılıq elmləri doktoru, professor Tahir Abbasəli oğlu Süleymanovun “Faqolin” məlhəmi – yarasağaldıcı vasitə, əczaçılıq elmləri doktoru Cavanşir İsa oğlu İsayevin “Fitotussin” şərbəti – öskürək əleyhinə vasitə ölkəmizin Farmokologiya elminə böyük töhvəsidir və sevindirici haldır.

dsc0184dsc0176