SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

sefadim2.jpg
  •  

  •  

  •  

  •  

Ankardin

ankardin2

 

Dərman vasitəsinin istifadəsi üzrə təlimat  

ANKARDİN

Tərkibi:

1 tabletin tərkibində 0,01 q diumankal var.

Köməkçi maddələr: süd şəkəri, kartof nişastası, kalsium stearat, metilsellüloza.

Kimyəvi adı:

7,7-etilendioksibenzopiran-2,2-dion

Farmakoterapevtik qrupu

Kalsium kanalı blokatoru və antianginal vasitə

Farmakodinamika:

Miokardın yığılmasının və ürək döyüntülərinin tezliyinin azalması hesabına miokardın oksigenə olan tələbatını aşağı salır. Ürəyin koronar damarlarını genişləndirir və koronar qan axınını gücləndirir. Periferik arteriyaların saya əzələ tonusunu və ümumi periferik damar müqavimətini azaldır.

Atrioventrikulyar keçiriciliyi əhəmiyyətli dərəcədə yavaşıdır, sinus düyününün avtomatizmini azaldır. Bu səbəbdən supraventrikulyar aritmiyanın müalicəsində istifadə edilir.

Vazospastik mənşəli stenokardiyanın (Prinsmetal stenokardiyası) müalicəsində seçim preparatıdır. Gərginlik stenokardiyasında, həmçinin, ritmin supraventrikulyar pozulması ilə müşahidə edilən aritmiyada effekt göstərir.

Farmakokinetika:

Ankardin orqanlar arasında bərabər paylanmır: 30 dəqiqə sonra qan plazmasında müşahidə edilir, maksimal konsentrasiya isə 2 saatdan sonra müşahidə edilir. Davamlı konsentrasiya (1,02-0,83 mkq/ml) 8 saat ərzində saxlanılır. Ankardinin mütləq bioloji mümkünlüyü 40-45%, farmakokinetik əyri altındakı sahə (mkq/ml.s) – 14,25 (s=35,0), paylanma həcmi (mml/q) – 14,04, klirens (ml/min) – 3,51. Qan plazmasının zülalları ilə birləşmə 50-55%. Daha çox böyrəklər vasitəsilə xaric olur.

İstifadəsinə göstərişlər

Müalicə və profilaktika məqsədilə

- Xroniki stabil stenokardiya (gərginlik stenokardiyası);

- Qeyri-stabil stenokardiya (sakitlik stenokardiyası);

- Vazospastik stenokardiya (Prinsmetal stenokardiyası, variant stnokardiyası).

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, nəzərə çarpan bradikardiya, II B – III dərəcəli xroniki ürək çatışmazlığı, kardiogen şok (aritmiyanın törətdiyi istisna olmaqla), sinoaurikulyar blokada, II və III dərəcəli atrioventrikulyar blokada (süni ritm ötürücülü xəstələr istisna olmaqla), sinus düyünü zəifliyi sindromu, Volf-Parkinson-Uayt sindromu, kəskin ürək çatışmazlığı, v/d-nə beta-adrenoblokatorlarla birgə qəbul, uşaq yaşları.

Xüsusi göstərişlər

I dərəcəli atrioventrikulyar blokada, I və II dərəcəli xroniki ürək çatışmazlığı, arterial hipotenziya (sistolik təzyiq 100 mm.Hg.süt.-dan aşağı), bradikardiya, qaraciyərin nəzərəçarpan pozulması zamanı ehtiyatla təyin etmək lazımdır.

Hamiləlik və laktasiya zamanı qəbulu

Hamiləlik (xüsusən də 1-ci trimester) və südlə qidalandırma dövründə preparat yalnız həyati göstəriş olduqda təyin oluna bilər.

İstifadə qaydası və dozası

Ankardin yeməkdən sonra az miqdarda su ilə qəbul edilir.

Dozalanma rejimi və müalicənin müddəti xəstənin vəziyyəti, ağırlıq dərəcəsi, xəstəliyin gedişi və müalicənin effektliyindən  asılı olaraq individual olaraq təyin edilir.

Böyüklərə, başlanğıc doza 0,01 q (1 tablet) gündə 3 dəfə, 14 gün müddətində təyin edilir. Vacib olduqda birdəfəlik dozanı gündə 3 dəfə olmaqla 0,02-0,03 q-a (2-3 tablet) çatdırmaq olar, müalicə 5-7 gündən sonra təkrar edilir.

Preparatın uyğun qəbulu zamanı müalicə anaprilinlə (propranolol) birgə, 0,1 mq/kq hesabı ilə gündə 2 dəfə, 20 gün müddətində aparılır.

Əlavə təsirləri

Ankardinin qəbulu zamanı mümkündür:

- Ürək-damar sistemi: üzün qızarması, nəzərə çarpan bradikardiya, atrioventrikulyar blokada, arterial hipotenziya, yüksək dozada qəbulu zamanı ürək çatışmazlığı simptomlarının meydana gəlməsi (xüsusən də, əvvəlcədən meylliliyi olan xəstələrdə);

- Mədə-bağırsaq traktı: ürəkbulanma, qusma, qəbizlik; ayrı-ayrı hallarda - qaraciyər transaminazalarının aktivliyinin qan plazmasında tranzitor yüksəlməsi;

- MSS: baş gicəllənmə, baş ağrısı, nadir hallarda – yüksəlmiş sinir oyanıqlığı, tormozlanma, tez yorulma.

- Allergik reaksiyalar: dəri səpgisi, qaşınma.

- Digərləri: periferik ödemlərin inkişaf etməsi.

Digər dərman vasitələri qarşılıqlı təsiri

Antiaritmik vasitələr, beta-adrenoblokatorlar və inhalyasion anestetiklərlə birgə istifadəsi zamanı kardiotoksik təsirinin yüksəlməsi müşahidə edilir (atrioventrikulyar blokadanın baş verməsi təhlükəsi yüksəlir, ürək yığılmalarının tezliyinin birdən-birə azalması, ürək çatışmazlığının inkişaf etməsi, arterial təzyiqin birdən-birə enməsi).

Yüksək doza

Göstərilən dozalanma sxeminə əməl etdikdə yüksək doza halı müşahidə edilməmişdir.

Buraxılış forması

Hər flakonda 50 tablet olmaqla, karton qutuda içlik vərəqi ilə birlikdə.

Saxlanma şəraiti

B siyahısı. 25°C –dən aşağı temperatur şəraitində, işıq düşməyən və uşaqlar üçün əlçatmaz yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti:

5 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptlə buraxılır.

İstehsalçı

“Azərfarm” LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç. 14.

Təlimatı yüklə