SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

aysef2.jpg
  •  

  •  

  •  

  •  

Beqamma

Beqamma

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

BEQAMMA

Tərkibi

Təsiredici maddələr: Hər tabletin tərkibində

Tiamin hidroxlorid     5 mq

Nikotinamid              20 mq

Riboflavin fosfat         2 mq

Piridoksin hidroxlorid 2 mq

Köməkçi maddələr: Laktoza monohidrat, qarğıdalı nişastası, talk, maqnezium stearat, ağ mum, dəmir oksid, xloroform, etanol 96%, vanil, jelatin, kaolin, saxaroza, şellak. 

Farmakoloji xüsusiyyətləri

Tərkibində B qrupu vitaminləri olan kombinəolunmuş preparatdır. Vitamin B1 (tiamin) orqanizmdə fosforlaşma prosesi nəticəsində kokarboksilazaya çevrilir və bir sıra ferment reaksiyalarında koferment kimi iştirak edir. Tiamin karbohidrat, zülal və yağ mübadiləsində əsas rol oynayır. Sinapslarda impulsun ötürülməsində aktiv iştirak edir. Vitamin PP (nikotinamid) toxuma tənəffüsündə, karbohidrat və yağ mübadiləsində iştirak edir. Riboflavin hüceyrə tənəffüsündə katalizatordur. Vitamin B6 (piridoksin) mərkəzi və periferik sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. Fosforlaşmış formada aminturşuların metabolizmində koferment kimi iştirak edir. Neyromediatorların (dopamin, noradrenalin, adrenalin, serotonin, histamin və qamma aminoyağ turşusu) biosintezində iştirak edir.

Farmakokinetikası 

Preparatın tərkib hissələri suda həll olan vitaminlər olduğu üçün onların orqanizmdə kumulyasiyası mümkün deyil. Beqamma preparatın göstərdiyi təsir kombinə olunmuş təsirdir. Ona görə də onun ayrı-ayrı tərkib hissələrinin kinetik tədqiqatı mümkün deyil.

İstifadəsinə göstərişlər

Nevrit və nevralgiyalar;

Üçlü sinirin nevralgiyası;

Üz sinirinin parezi;

İşiaz;

Lyumbaqo;

Pleksitlər;

Qabırğaarası nevralgiyalar;

Müxtəlif etiologiyalı nevralgiyalar;

Polinevritlər;

Onurğadakı degenerativ dəyişikliklərlə bağlı olan sindromlarda;

Bütün növ periferik ağrılarda;

Mədə və onikibarmaq bağırsaq xorasında;

Psoriaz, ekzema, neyrodermitlərdə, hamiləlik toksikozu, müxtəlif mənşəli anemiya.

Əks göstərişlər

Preparatın tərkibindəkilərə qarşı yüksək həssaslıq olduqda 

İstifadə qaydası və dozası

Fərdidir. Hər dəfə bir tablet olmaqla gündə 3 dəfə daxilə təyin edilir. Tableti yeməkdən sonra qəbul edib, üstündən az miqdarda maye içmək lazımdır.

Əlavə təsirləri

Məsləhət görülən dozalarda istifadə etdikdə əlavə təsiri az hallarda mümkündür. Qusma, taxikardiya, qaşınma və övrə şəkilli ötəri reaksiyalar ola bilər.

.

Buraxılış forması

Blisterdə 20 ədəd tablet içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti

25оC-dən aşağı temperatur şəraitində, quru, qaranlıq, rütubətsiz və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Həkim resepti əsasında.

İstehsalçı:

“Azərfarm” LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç. 14.

Təlimatı yüklə