SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

naftalan.jpg
  •  

  •  

  •  

  •  

Florason

florason

Dərman vasitəsinin istifadəsi üzrə təlimat

FLORASON

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 30 mq Passiflora otunun quru ekstraktı, 100 mq Pişikotunun quru ekstraktı vardır.

Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, mikrokristalik sellüloza, PVP K30, sorbitol, natrium kros-karmelloza, maqnezium stearat, şəkər, jelatin, kalsium karbonat, talk,PVP, PEG 4000, rəngləyici.

Farmakoloji xüsusiyyətləri 

Passiflora ekstraktı reflektor oyanıqlığı zəifədir, hərəkəti fəallığı azaldır, yüngül qıcolmaəleyhinə təsir göstərir. Pişikotu ekstraktı tərkibindəki efir yağları hesabına yüngül sedativ təsir göstərir, yuxuya getməni asanlaşdırır. Həmçinin, zəif spazmolitik, ödqovucu təsir göstərir,  MBT-nin sekretor fəallığını artırır, ürəyin ritmini yavaşıdır, tac damarlarını genişləndirir.

İstifadəsinə göstərişlər 

Yüksək oyanıqlıqla əlaqədar yuxunun pozulması, nevrastenik şikayətlər və vegetativ pozğunluqlarla müşayiət olunan müxtılif xəstəliklər: ateroskleroz, hipertoniya xəstəliyi, serebral damar krizlərindən sonra, qripdən sonrakı ensefalit, araxnoidit, postinfeksion asteniya və b. Klimakterik və preklimakterik dövr, alkoqolizm. Uşaqlarda nevrostenik vəziyyətlər, yüksək oyanıqlıq.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı  yüksək həssaslıq.

Xüsusi göstərişlər

Florosan yuxugətirici, sedativ və spazmolitik dərmanların təsirini gücləndirir. Xüsusi diqqət, cəldlik tələb edən peşə sahiblərinə (sürücülər, təyyarəçilər və b.) ehtiyatla tətbiq edilməlidir.

İstifadə qaydası və dozası

Daxilə qəbul edilir. Doza xəstəliyin gedişindən və xəstənin yaşından asılı olaraq fərdi  seçilir (adətən gündə 2-3 dəfə 1 tablet).

Əlavə təsirləri

Yüksək dozada qəbul etdikdə süstlük, halsızlıq, yuxululuq, əmək qabiliyyətini azalması kimi əlamətlər müşahidə edildə bilər.

Buraxılış forması

20 örtüklü tablet içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

250C-dən yüksək olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti:

4 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı:

“Azərfarm” LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç. 14.

Təlimatı yüklə