SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

teymurov.jpg
  •  

  •  

  •  

  •  

Alteks

alteks

Dərman vasitəsinin istifadəsi üzrə təlimat

ALTEKS 125 q 

Sirupus Althaeae ( Gülxətmi şərbəti)

Tərkibi:

Gülxətmi kökünün quru ekstraktı............... 3,125 q

Etanol 95% .................................................1,25 q

Saxaroza........................................................80 q

Benzoy turşusu......................................... 0,125 q

Distillə olunmuş su...............................125 q - dək

Farmakoloji təsiri:

Bitki mənşəli vasitədir. Preparatın əsas təsiredici maddəsi tərkibində selik, nişasta və pektin olan gülxətmi kökünün quru ekstraktıdır. Gülxətmi şərbətinin bəlğəmğətirici, öskürəkkəsici, bürüyücü, yumşaldıcı və iltihab əleyhinə təsiri bilavasitə tərkibində bitki mənşəli selik, pektin maddələri olan gülxətmi kökünün quru ekstraktı ilə bağlıdır.

Bu maddələr aşağı tənəffüs yollarının selikli qişalarının səthini uzun müddətə nazik təbəqə şəklində örtərək onların qıcıqlanmasının qarşısını alırlar. Nəticədə əzabverici öskürək simptomları azalır. Preparat reflektorik öskürəkkəsici təsiri sayəsində bronxlardan bəlğəmin ifraz olunmasını asanlaşdırır. Həmçinin, iltihabi prosesi zəiflədir və toxumaların özünübərpa prosesini sürətləndirir.

Gülxətmi şərbəti eyni zamanda mədə-bağırsaq traktının selikli qişalarının yara-eroziyalı nahiyələrinə bürüyücü təsir göstərməklə qoruyucu təbəqə əmələ gətirir və nəticədə onları qıcıqlandırıcı faktorlardan və patogen floradan mühafizə edir.

İstifadəsi:

Preparat tənəffüs yollarının xəstəliklərində: laringit, faringit, tonzillit, bronxit, bronxoektaz xəstəliyi, bronxial astma, pnevmoniya, göyöskürək zamanı təyin edilir.

Həmçinin, mədə-bağırsaq traktının xəstəlikləri: hipoasid qastrit, mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, ezofaqit, enterit, kolit və s. xəstəliklərdə təyin edilir.

 

Dozalanma rejimi:

1 yaşadək uşaqlara 1 çay qaşığı, 1 yaşından 5 yaşına qədər olan uşaqlara 1 desert qaşığı, 5 yaşdan yuxarı uşaqlara və böyüklərə 1 xörək qaşığı olmaqla gündə bir neçə dəfə təyin edilir.

Buraxılış forması:

125 q şərbət flakonda və təlimatla birlikdə qutuda.

Buraxılış şərti:

Həkim resepti olmadan.

Saxlanma şəraiti:

10-15°C temperaturda, quru, qaranlıq və uşaqlar üçün əlçatmaz yerdə.

Yaralılıq müddəti: 1 il.

İstehsalçı:

“Azərfarm” LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç. 14.

Təlimatı yüklə