SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

aysef2.jpg
  •  

  •  

  •  

  •  

Baktin-AF

baktin-af

Dərman vasitəsinin istifadəsi üzrə təlimat

BAKTİN-AF  

Tərkibi:

Təsiredici maddə: 1 çay qaşığı (5ml) miqdarında preparatın tərkibində 200 mq sulfametoksazol, 40 mq trimetoprim vardır.

Köməkçi maddələr: metilparaben, natrium saxarinat, natrium karboksimetilsellüloza, avisel, şəkər, qliserin, banan tinkturası, distillə suyu.

Farmakoterapevtik qrupu

Geniş təsir spektrli antibakterial preparat.

Farmakoloji xüsusiyyətləri

"Baktin-AF" güclü antibakterial aktivliyə malik kombinə olunmuş preparatdır. Tərkibində iki tesiredici maddə: sulfanilamid qrupundan olan sulfametoksazol və diaminopirimidin törəməsi olan trimetoprim saxlayır. Hər iki maddənin birgə təsiri "Baktin-AF"-də qrammüsbət və qrammənfi  mikroorqanizmlərə qarşı güclü bakterisid aktivlik yaradır. Preparat stafilokokklara, pnevmokokklara, streptokklara, bağırsaq çöplərinə, salmonellaya, şigellaya, dizenteriya çöplərinə, meninqokokklara, qonokokklara və s. mikroblara qarşı effektli təsir göstərir. Göy irin çöplərinə, mikoplazmaya və vərəm çöplərinə təsir göstərmir.

İstifadəsinə göstərişlər 

Yuxarı və aşağı tənəffüs yollarının bakterial infeksiyalarında (kəskin və xroniki bronxit, pnevmoniya, tonzillit, faringit); mədə-bağırsaq infeksiyalarında, enteritdə, həmçinin qarın yatalağında və paratifoid qıcolmalarda; sidik-cinsiyyət yollarının infeksiyalarında (pielonefrit, pielit, kəskin və xroniki sistit, uretrit); öd kisəsinin iltihabında; dərinin və yumşaq toxumaların infeksiyalarında; orta qulağın infeksiyasında və preparata həssas olan digər mikrobların yaratdığı infeksiyalar zamanı istifadə olunur.

Əks göstərişlər

Sulfanilamid preparatına qarşı həssaslıq olduqda, qanyaradıcı sistemin xəstəliklərində, böyrək və qaraciyər funksiyasının pozğunluqlarında, hamiləlik zamanı təyin etmək olmaz.

"Baktin-AF"-lə uzun müddət müalicə apardıqda mütəmadi olaraq qanın tərkibi yoxlanmalıdır.

İstifadə qaydası və dozası 

1 yaşına qədər olan uşaqlara həkimin təyinatına uyğun verilir. 1 yaşından 5 yaşına qədər olan uşaqlara 1 çay qaşığı gündə iki dəfə (12 saatdan bir) yemekdən sonra təyin edilir.

6 yaşından 12 yaşına qədər olan uşaqlara 2 çay qaşığı gündə iki dəfə (12 saatdan bir) yeməkdən sonra təyin edilir, 12 yaşdan yuxarı uşaqlara və böyüklərə gündə 2 dəfə, hər  dəfə 2-4 çay qaşığı yeməkdən sonra təyin edilir və ya həkimin göstərişi ilə qəbul edilir.

Əlavə təsirləri

Qanın tərkibinin dəyişilməsi – aqranulositoz, anemiya, leykopeniya, dəri allergik reaksiyaları, ürəkbulanma, qusma, baş ağrıları müşahidə oluna bilər.

Buraxılış forması

Tünd rəngli şüşə flakonlarda 60 ml suspenziya içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti

25°C-dən aşağı temperatur şəraitində, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti

3 il

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılış şərti

Həkim resepti ilə buraxılır!

İstehsalçı:

“Azərfarm” LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç. 14.

Təlimatı yüklə