SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

passilor.jpg
  •  

  •  

  •  

  •  

Beqamma şərbət

Beqamma

Dərman vasitəsinin istifadəsi üzrə təlimat

BEQAMMA

şərbət (B vitaminləri kompleks)  

Tərkibi

Hər 5 ml şərbətin tərkibində vardır: 

Təsiredici maddələr: Tiamin hidroxlorid - 5 mq, Nikotinamid - 20 mq, Ribovlafin fosfat - 2 mq,

Piridoksin hidroxlorid - 2 mq, Dekspantenol - 3 mq.

Köməkçi maddələr: Şəkər, natrium benzoat, trilon B, distillə suyu.  

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Tərkibində B qrupu vitaminləri olan kombinəolunmuş prepratdır.

Vitamin B1 (tiamin) orqanizmdə fosforlaşma prosesi nəticəsində kokarboksilazaya çevrilir və bir sıra ferment reaksiyalarında koferment kimi iştirak edir. Tiamin karbohidrat, zülal və yağ mübadiləsində əsas rol oynayır. Sinapslarda impulsun ötürülməsində aktiv iştirak edir. Vitamin PP (nikotinamid) toxuma tənəffüsündə, karbohidrat və yağ mübadiləsində iştirak edir. Riboflavin hüceyrə tənəffüsündə katalizatordur. Vitamin B6 (piridoksin) mərkəzi və periferik sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. Fosforlaşmış formada aminturşuların metabolizmində koferment kimi iştirak edir. Neyromediatorların (dopamin, noradrenalin, adrenalin, serotanin, histamin və qamma aminoyağ turşusu) biosintezində iştirak edir. Dekspantenol pantoten  turşusunun törəməsidir. Turşu və oksidləşmə proseslərində, karbohidrat, yağ mübadiləsində, asetilxolin, kortikosteroid, porfirin sintezində vacib rol oynayır.

Farmakokinetikası

Preparatın tərkib hissələri suda həll olan vitaminlər olduğu üçün onların orqanizmdə kumulyasiyası mümkün deyil. Beqamma preparatın göstərdiyi təsir kombinə olunmuş təsirdir. Ona görə də onun ayrı-ayrı tərkib  hissələrinin kinetik tədqiqatı mümkün deyil.

İstifadəsinə göstərişlər

Nevrit və nevralgiyalar;

Üçlü sinirin nevralgiyası;

Üz sinirinin parezi;

İşiaz;

Lyumbaqo;

Pleksitlər;

Qabırğaarası nevralgiyalar;

Müxtəlif etiologiyalı nevralgiyalar;

Polinevritlər;

Onurğadakı degenerativ dəyişikliklərlə bağlı olan sindromlarda;

Bütün növ periferik ağrılarda;

Mədə və onikibarmaq bağırsaq xorasında;

Psoriaz, ekzema, neyrodermitlərdə, hamiləlik toksikozu, müxtəlif mənşəli anemiya.

Əks göstərişlər

Preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssəslıq.

İstifadə qaydası və dozası

Fərdidir. Hər dəfə 1 çay qaşıqı (5 ml) olmaqla gündə 3 dəfə daxilə təyin edilir. Şərbəti yeməkdən sonra qəbul etmək lazımdır.

Əlavə təsirləri

Məsləhət görülən dozalarda istifadə etdikdə əlavə təsiri az hallarda mümkündür. Qusma, taxikardiya, qaşınma və övrə şəkilli ötəri reaksiyalar ola bilər.

Buraxılış forması

60 ml-lik şüşə flakonlarda. 1 flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti

25оC-dən aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılış şərti

Həkim resepti əsasında.

İstehsalçı:

“Azərfarm” LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç. 14.

Təlimatı yüklə