SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

tribemaks.jpg
  •  

  •  

  •  

  •  

Beybimiks

beybimiks

Dərman vasitəsinin istifadəsi üzrə təlimat

BEYBİMİKS

Tərkibi:

Təsiredici maddələr: 100 ml preparatın tərkibində

Carum carvi ………………. 4 ml

Foeniculum vulgare ………. 4 ml

Mentha longifolia ………… 1 ml

Mentha arvensis……………1 ml vardır.

Köməkçi maddələr: Metilparaben, propilparaben, propilen qlikolyat, şəkər, limon turşusu, natrium sulfat, natrium hidrokarbonat, təmizlənmiş su.

Farmakoterapevtik qrupu

Uşaqlar üçün köp əleyhinə vasitə. 

Farmakoloji xüsusiyyətləri:

Carum carvi (adi Zirə)– iştahanı artırır, mədənin sekretor və motor funksiyasını yaxşılaşdırır, öd ifrazını gücləndirir. Mədə bağırsaq yolunun saya əzələsinə spazmolitik təsir göstərir. Bağırsaqların funksional pozğunluğu və spastik vəziyyətində istifadə olunur.

Foeniculum vulgare (adi Razyana)- iltihab əleyhinə, bakterisid, qazqovucu, ağrıkəsici, spazmolitik və yüngül işlədici təsir göstərir. Həzm sisteminə təsir etməklə qəbizliyi və meteorizmi aradan qaldırır. Həmçinin, qaraciyərin toksiki zədələnməsi zamanı hepatoprotektor təsir göstərir. Meteorizm, mədə-bagırsaq yolunun spastik vəziyyəti və «bağırsaq qıcıqlanması » sindromunda istifadə edilir.

Mentha longifolia (uzunyarpaq Nanə) – həzm prosesini yaxşılaşdırır və antiseptik, ağrıkəsici təsir göstərir.

Mentha arvensis (çöl Nanəsi) –iltihab əleyhinə, antiseptik, qazqovucu, spazmolitik təsir göstərir. Həzm prosesini yaxşılaşdırır və həzm fəaliyyətinin pozulması nəticəsində ağız boşluğundan gələn xoşagəlməz qoxunu dəf edir, həmçinin mədə və bağırsaqda yaranan sancını aradan qaldırır.

İstifadəsinə göstərişlər

Uşaqlarda olan meteorizm, mədə-bağırsaq dispepsiyaları və disbakterioz.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı həssaslıq.

İstifadə qaydası və dozası

Istifadə etməzdən əvvəl çalxalayın!

6 aylığadək körpələr                   1 çay qaşığı

6 aylıqdan 2 yaşadək uşaqlar      2 çay qaşığı

2 yaşdan yuxarı uşaqlar              3 çay qaşığı

Ehtiyac olduqda yuxarıda göstərilmiş dozaları 6 dəfəyədək artırmaq olar. Yeməkdən sonra qəbul olunur.

Əlavə təsirləri

Təyin olunmamışdır.

Buraxılış forması

120 ml flakonlarda buraxılır. 1 flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti

5-15°C temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı  

“Azərfarm” LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç. 14.

Təlimatı yüklə