SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

tribemaks.jpg
  •  

  •  

  •  

  •  

Fitotussin

fitotussin

Dərman vasitəsinin istifadəsi üzrə təlimat

FİTOTUSSİN

Tərkibi:

100 q şərbətin tərkibində vardır:

Lansetli bağayarpağının çıxarışı                        5,0 q

Uca andızın kökümsovu ilə köklərinin çıxarışı   5,0 q

Adi razyananın efir yağı                                   0,1 q

Tut şərbəti                                                      50,0 q

Saxaroza                                                        25,0 q

Nipaqin (Metilparabin)                                   0,075 q

Nipazol (Propilparabin)                                  0,025 q

Etil spirti, 95%-li                                            1,0 q

Təmizlənmiş su                                               13,8 q

Farmakoterapevtik qrupu

Öskürəkkəsici və bəlğəmgətirici vasitə

Farmakoloji təsiri

Kombinə olunmuş bitki mənşəli preparatdır. Tərkibindəki bitkilərin efir yağları, polisaxaridlər, selikli maddələr, fermentlər və fitonsidlərin hesabına fitotussin preparatı mukolitik, bəlğəmgətirici, bronxolitik və bakterisid effekt göstərir. Bronxlardan bəlğəmin ifraz olunmasını asanlaşdırır, onların selikli qişalarındakı ödemi və iltihabı azaldır. Tənəffüs yollarının mersal epitelinin müdafiə funksiyasını bərpa edir. Həmçinin orqanizmin immun sistemini fəallaşdırır.

İstifadəsinə göstərişlər

Tənəffüs orqanlarının və yollarının öskürəklə və bəlğəmin ifrazının çətinləşməsi ilə müşahidə olunan kəskin və xroniki infeksion-iltihabi xəstəliklərində:

- bronxit

- pnevmoniya

- faringit

- laringit

- rinit

- gingivit

- traxeit

- otit

- tonzillit

- sinusit vaxtı istifadə edilir.

Əks göstərişlər

Preparatın tərkibindəkilərə qarşı həssaslıq olduqda. Həzm sistemi vəzilərinin yüksək şirə ifrazında.

İstifadə qaydası və dozası

Daxilə təyin edilir. 1 yaşından 6 yaşına qədər uşaqlara hər 4 saatdan bir 1 çay qaşığı verilir. Gün ərzində 4 dəfədən artıq vermək olmaz. 6 yaşından böyük uşaqlara hər 3 saatdan bir 1-2 çay qaşığı verilir. Gün ərzində 4 dəfədən artıq vermək olmaz. Böyüklərə hər 2-3 saatdan bir 1 xörək qaşığı təyin edilir.

 

Əlavə təsirləri

Preparatın tərkibindəkilərə qarşı allergik reaksiya mümkündür.

Buraxılış forması

100 q olmaqla şüşə flakon, ölçü qaşığı və içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma qaydası

25 ̊C-dən aşağı temperaturda, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Azərfarm” LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç. 14.

Təlimatı yüklə