SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

fulisinar-af.jpg
  •  

  •  

  •  

  •  

Kalinol plus

kalinol

Dərman vasitəsinin istifadəsi üzrə təlimat

KALİNOL PLUS

Tərkibi  

Hər 1 qr preparatda vardır - kəklikotu ekstraktı 120 mq, kalium bromid 10 mq, şəkər şərbəti 820 mq, spirt 80%-li 50 mq

İstifadəsinə göstərişlər

Preparat tənəffüs yollarının kəskin və xroniki iltihabı zaman sinəyumşaldıcı və bəlğəmgətirici kimi təyin olunur. (1 yaşdan yuxarı).

Əks göstərişlər  

Hamiləlik, laktasiya, qaraciyərin və böyrəklərin kəskin xəstəlikləri və preparatın tərkibindəki aktiv və ya köməkçi maddələrə qarşı həssaslıq zamanı preparatın qəbulu əks göstərişdir.

İstifadə qaydası və dozası

Müalicə həkiminin xüsusi təyinatı yoxdursa, aşağıda göstərilən qaydada qəbul olunması məsləhət görülür:

  • · 1 yaşdan 6 yaşa qədər uşaqlarda ½  - 1 çay qaşığı, gündə 3 dəfə
  • · 6 yaşdan 15 yaşa qədər uşaqlarda 1-2 çay qaşığı, gündə 3 dəfə
  • · Böyüklərdə 1-2 desert qaşığı, gündə 3 dəfə.
  • ·

Tövsiyə olunan müalicə müddəti 7 günə qədərdir.

3 gün ərzində səhhətinizda yaxşılaşma müşahidə olunmazsa həkimə müraciət edin.

Əlavə təsirləri  

Tövsiyə olunan dozalarda qəbulu zamanı heç bir əlavə təsir müşahidə olunmur. Lakin, hər hansı bir əlavə təsir müşahidə olunarsa müalicə həkiminizə bildirin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Bu günə kimi heç bir preparatla qarşılıqlı təsiri müəyyən olunmayıb.

Buraxılış forması  

100 ml-lik şüşə flakonlarda. 1 flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti  

Qutuda olmaqla 25°C temperaturda, uşaqların əli çatmayan, qaranlıq yerdə saxlayın.

Yararlılıq müddəti  

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı:

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə