SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

klafsim.jpg
  •  

  •  

  •  

  •  

Re-vitaks

re-vitaks

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

RE-VİTAKS 

Tərkibi:

Təsiredici maddələr : Şərbətin 5 ml-də (1 çay qaşığı) 

Retinol palmitat (A vitamini)                    3000 BV

Erqokalsiferol (D vitamini)                      400 BV

Tokoferol asetat (E vitamini)                   15 BV

Tiamin hidroxlorid (B1 vitamini)              1 mq

Riboflavin Na fosfat (B1 vitamini)           1,2 mq

Nikotinamid (PP vitamini)                       13,5 mq

Piridoksin xlorid (B6 vitamini)                 1 mq

Sianokobalamin (B12 vitamini)                 4,5 mkq

Askorbin turşusu (C vitamini)                  60 mq vardır.

Köməkçi maddələr: Limon turşusu, dinatrium edetat, şəkər, tvin-80, propilenqlikol, natrium benzoat, portağal və limon aromatı, qliserin, natrium hidroksid, distillə suyu.

Farmakoloji xüsusiyyətləri  

Re-vitaks şərbəti xoşagələn dada malik olmaqla, tərkibində 9 sayda mühüm vitaminlər saxlayır. Bu vitaminlər orqanizmdə çoxsaylı bioloji prosesləri tənzimləyirlər. A vitamini epitel hüceyrələrin inkişafı və görmə piqmentinin sintezi üçün lazımdır. D vitamini kalsiuma olan tələbatı tənzimləyir, sümük toxumasının və dişlərin düzgün minerallaşmasını həyata keçirir. E vitaminin antioksidant təsir göstərir, gen və zülalların biosintezində iştirak edir, eritrositlərin hemolizinin qarşısını alır. B qrupu vitaminləri karbohidratların, zülalların, yağların metabolizmində iştirak edir, sinir sisteminin fəaliyyət göstərməsində rol oynayır. C vitamini dəmirin absorbsiya olunmasını sürətləndirir, çox sayda oksidləşmə-reduksiya proseslərində iştirak edir. Nikotinamid lipid mübadiləsinə təsir göstərir, pellaqra əleyhinə spesifik vasitə  hesab olunur.

İstifadəsinə göstərişlər

Re-vitaks şərbəti orqanizmin vitaminlərə olan tələbatını tamamlayır və aşağıdakı hallar daxil olmaqla istifadə olunur:

- zəif qidalanmada,

- hipovitaminozda,

- boy artımı ləngidikdə,

- iştaha zəifliyində və bədən kütləsi azaldıqda,

- məktəb yaşlı uşaqlarda yorğunluq zamanı,

- vitaminlərə tələbat artan müxtəlif patoloji hallarda,

- xəstəlikdən sonrakı sağalma dövründə,

- hamiləlik zamanı və körpəni ana südü ilə qidalandıran dövrdə vitaminlərə tələbat artdıqda.

Əks göstərişlər  

Hipervitaminoz hallarında.

Xəbərdarlıqlar 

Əgər şərbətin tərkibində olan maddələrə qarşı əvvəllər allergik reaksiya müşahidə olunubsa, onda şərbəti istifadə etmək məsləhət görülmür. 1 yaşına qədər uşaqlara şərbət həkimin məsləhəti ilə və nəzarəti altında təyin olunmalıdır. Hamilə qadınlar, südəmər körpəsi olan analar həkimin məsləhəti ilə şərbəti istifadə edə bilərlər. Şərbətin hər 5 ml-də 3 q şəkər olduğundan, şəkərli diabet xəstələrinin istifadə etməsi məsləhət görülmür.

İstifadə qaydası və dozası

1 yaşından 3 yaşına qədər olan uşaqlara gündə 1 çay qaşığı şərbət vermək (5 ml) məsləhət görülür.

4 yaşından  6 yaşına qədər olan uşaqlara gündə 2 çay qaşığı şərbət vermək (10 ml) məsləhət görülür.

7 yaşından 14 yaşına qədər olan uşaqlara gündə 2-3 çay qaşığı şərbət vermək (10-15 ml) məsləhət görülür.

Multivitamin şərbəti yeməkdən sonra qəbul edilməlidir.

Böyüklərə gündə 4-5 çay qaşığı (20-25 ml) şərbət təyin edilir (əgər həkim başqa cür təyinat verməyibsə).

Əlavə təsirləri

Məsləhət olunan dozada şərbəti qəbul etdikdə hər hansı allergik reaksiya müşahidə olunsa, şərbətin qəbulu dayandırılmalı və həkimə müraciət olunmalıdır.

Buraxılış forması

100 ml-lik flakonlarda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti  

15oC-dən yuxarı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yaralılıq müddəti  

2 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılış şərti

Həkim resepti əsasında buraxılır.

İstehsalçı:  

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə