SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

kamfora-yagi.jpg
  •  

  •  

  •  

  •  

Faqolin

faqolin

Dərman vasitəsinin istifadəsi üzrə təlimat

Faqolin məlhəmi 30 q

Tərkibi:

Fıstıq yağı  - 0,9 q

D-pantenol -1,5 q

Köməkçi maddələr: vazelin yağı, distillə monoqliserid, qliserin, nipagin, nipazol, təmizlənmiş su.

Farmakoloji təsiri: Faqolin məlhəmi irinli-septiki yara infeksiyalarının bir çox törədicilərinə (Staphylococcus aureus; Proteus vulgaris; Klebsiella pneumoniac) antimikrob təsir göstərir. Dekspantenol asetilləşmə və oksidləşmə proseslərində mühüm rol oynamaqla yanaşı, həmçinin, şəkər və piy mübadiləsində, eləcə də asetilxolinin sintezində fəal iştirak edir. Preparat antimikrob, iltihab əleyhinə, membranstabilləşdirici, antioksidant və yarasağaldıcı təsir göstərir.

İstifadəsinə aid göstərişlər:

-stafilokokklar tərəfindən törədilən piodermiyalar;

-irinli yaralar (yara prosesinin birinci mərhələsində);

-yüngül və orta dərəcəli yanıqlar;

-yumşaq toxumaların yaraları, o cümlədən, cərrahi əməliyyatdan sonrakı yaralar, çətin sağalan dəri transplantantları, trofik yaralar, dəri çatları;

-dermatitlər.

İstifadə qaydası və dozası:

Preparatı yara nahiyəsi irindən təmizləndikdən sonra bağlı sarıq etmək lazımdır. Piodermiyaların müalicəsində məlhəmi zədələnmiş nahiyəyə hər gün iki dəfə, yanıq yerinə isə gündə 2-3 dəfə sürtmək lazımdır. "Faqolin"məlhəminin müalicə müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq 10-30 gündür.

Əlavə təsiri: 

Preparatın əlavə təsiri müəyyən olunmamışdır.

Əks göstərişi:

Faqolini tərkibində ağır metal duzları olan preparatlarla birgə istifadə etmək məsləhət görülmür.

Buraxılış forması:

Məlhəm, 30q-lıq alüminium tüblərdə buraxılır.

Saxlanma şəraiti:

Quru, işıq şüasından qorunan, 200C temperaturdan artıq olmayan şəraitdə saxlanılmalıdır.

Yararlılıq müddəti:

İstehsal tarixindən 2 il.

Aptekdən buraxəlma şərti

Reseptsiz buraxılır.  

İstehsalçı

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

 

Təlimatı yüklə