SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

tribemaks.jpg
  •  

  •  

  •  

  •  

Fulisinar-AF

fulisinar-af

Dərman vasitəsinin istifadəsi üzrə təlimat

FULİSİNAR-AF 

Təsiredici maddə:

100 q məlhəmin tərkibində 0,025 q flyuosinolon asetonid vardır.  

Köməkçi maddələr: Vazelin, parafin, lanolin

Farmakoloji təsiri: İltihab, allergiya və qaşınma əleyhinə aktiv olan kortikosteroiddir.

İstifadəsi: Dərinin yerli iltihabi, psoriaz, seboreyalı dermatit, dərinin allergik xəstəliklərində, ekzema, I dərəcəli yanıqlarda, günəş şüasının yanıqlarında, müalicəsi üçün istifadə olunur.

İstifadə qaydası və dozası: Məlhəm zədələnmiş sahəyə gündə 2-4 dəfə nazik təbəqə olmaqla yaxılır.

Əlavə təsiri:

Uzun müddətli istifadə zamanı olan bilsin ki, sistemli əlavə effektlər müşahidə olunsun. Həmçinin dərinin dartılması və periodal dermatit müşahidə oluna bilər.

Əks göstəriş:

Məlhəmin tərkibindəki komponentlərə yüksək həssaslığı olan xəstələrə məlhəmin istifadəsi əks göstərişdir. Preparat həmçinin, dəri vərəmi, dəri göbələyi, dəridə virus xəstəlikləri, dərinin şişi və hamiləlik zamanı istifadəsi əks göstərişdir.

Xüsusi təyinat:

Südəmər uşaqlara, cinsi yetişkənlik dövründə olan qız uşaqlarına preparatı çox ehtiyatla təyin etmək lazımdır. Flyuosinolon asetonidi mikrob əleyhinə preparatla eyni vaxtda təyin etmək olmaz.

Buraxılış forması:

15 q olmaqla alüminium tüblərdə, qutuda.

Buraxılış şərti:

Həkim resepti əsasında.

Saxlanm şəraiti:

Qaranlıq, sərin və uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalıdır.

Yararlıq müddəti:

5 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

İstehsalçı:

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə