SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

indometasin.jpg
  •  

  •  

  •  

  •  

Ginekozol

ginekozol

Dərman vasitəsinin istifadəsi üzrə təlimat

GİNEKOZOL 

Tərkibi:

Təsiredici maddələr: Hər vaginal şamın tərkibində 200 mq Metronidazol, 160 mq Klotrimazol, 8 mq Xlorheksidin-asetat vardır.

Təsviri:

Sarımtıl rəngli vaginal şam.

Çoxkomponentli preparatdır.  

Farmakoloji xüsusiyyətləri

Ginekoloji preparatdır. Metronidazol antiprotozoy vasitədir. Təsir mexanizmi ona həssas olan mikroorqanizmlərin DNT strukturunu pozması ilə bağlıdır. Trichomonas vaginalis, Gardnerella vaginalis, Giardia intestinalis, Entamoeba histolytica, Lamblia, həmçinin, obliqat anaeroblara, məsələn Bacteroides spp., Fusobacterium spp. qarşı həssasdır. Klotrimazol imidazol qrupundan olan göbələk əleyhinə vasitədir. Onun təsir mexanizmi göbələklərin hüceyrə membranın əsasını təşkil edən erqosterolun sintezinin pozulması ilə bağlıdır. Geniş təsir spektrinə malikdir. Dermatofitlər, kif göbələkləri, Candida qrupu göbələkləri, Malassezia furfur, Corynebacterium minutissimum, Streptococcus spp., Staphylococcus spp., Trichomonas vaginalis-ə qarşı həssasdır. Xlorheksidin-asetat antiseptik vasitədir.  Qrammüsbət və qrammənfi bakteriyaların vegetativ formaları, maya göbələkləri dermatofitlər və lipofil viruslara qarşı fəaldır. Bakteriyaların sporlarına yalnız yüksək temperaturda təsir göstərir. Reseptsiz buraxılır.

İstifadəsinə göstərişlər

Ginekozol bakterial vaginitlər, göbələk təbiətli vaginitlər, trixomonad vaginitlər və multiinfeksion (qarışıq) vaginitlərdə (həmçinin hamiləlik dövrünün II və III trimestri zamanı) istifadə olunur.

Əks göstərişlər  

Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.

Digər dərmanı vasitələri ilə qarşılıqlı istifadəsi

Ginekozolun müalicə kursu zamanı digər intravaginal prepratların istifadəsi qadağandır. Əgər yaxın günlərdə digər preparatlar istifadə edilibsə, Ginekozolun istifadəsindən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin.

Hamiləlik və laktasiya dövründə istifadəsi  

Hamiləliyin ilk üç ayında preparatı istifadə etmək olmaz.

Xəbərdarlıq

Preparatı intravaginal istifadə etmək lazımdır, peroral (ağız boşluğundan) istifadə etmək olmaz. Əgər preparatın üst panelində və ya xarici görünüşündə dəyişikliklər varsa, onu istifadə etmək olmaz. Ginekozolu digər preparatlarla birlikdə istifadədən əvvəl müalicə edən həkimlə məsləhətləşin.

İstifadə qaydası və dozası

Qutuya toxunmazdan əvvəl əllərinizi və vulvanı yuyun. Sonra plastik paneldən bir şamı ayırıb, örtüyü aşağıdan yuxarıya qədər ayırın və şamı götürün. Arxası üstə uzanın və şamı (sirkulyar konus başı qabaqda olmaqla) şəhadət barmağınızla (xüsusi kolpakın köməyi ilə) vaginaya dərin yerləşdirin. Bir intravaginal şam gündə bir dəfə (axşam) 14 gün ərzində və ya bir intravaginal şamı gündə iki dəfə (səhər və axşam) 7 gün ərzində istifadə edin. Təkrar müalicəyə sonuncu müalicədən sonra olan menstrual tsiklin əvvəlindən başlamaq olar.

Əlavə təsirləri  

Nadir hallarda allergik reaksiyalar ola bilər. Bəzi hallarda pasiyentlər istilik hiss edə bilərlər.

Buraxılış forması

Konturlu yuvalı qablamada 14 vaginal şam, içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti

30°C temperaturdan aşağı, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.  

Yararlılıq müddəti 

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxəlma şərti

Həkim resepti ilə buraxılır.

İstehsalçı

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə